» » Ermənistan ordusunda ağır cinayətlərin sayı artıb - Rəsmi hesabat

Ermənistan ordusunda ağır cinayətlərin sayı artıb - Rəsmi hesabat

Müəllif: Səma Zərdablı
//
Tarix: 15 fevral 2019
//
Bölmə: Gündəm
  Ermənistan ordusunda ağır cinayətlərin sayı artıb - Rəsmi hesabat

Ermənistan ordusunda ağır cinayətlərin sayı 8,1 faiz artıb.
Newsarmenia.am saytının məlumatına görə, bunu Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan Ermənistan Hərbi Prokurorluğunun 2018-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirəsində deyib.
Onun sözlərinə görə, ötən il Ermənistan ordusunda 3525 hadisə qeydə alınıb ki, bunlardan 1140-ı cinayət hadisələridir. Hərbi prokuror bildirib ki, 2018-ci il ərzində orduda 43 xüsusilə ağır cinayət hadisəsi qeydə alınıb.
V.Arutyunyan əlavə edib ki, baş verən hadisələrdə 1173 hərbçi müxtəlif dərəcəli bədən xəsarəti alıb.
O, 2018-ci ildə orduda korrupsiya hallarının artdığını deyib.
“2018-ci ildə orduda 182 korrupsiya halı aşkar edilib ki, bu da 2017-ci il ilə müqayisədə, 66 faiz çoxdur. 173 halla bağlı cinayət işi başlanılıb. 86 nəfər barəsində başlamış 43 cinayət işi məhkəməyə göndərilib”, - hərbi prokuror qeyd edib.


banner125x125 banner125x125