» » "Sovetski"dəki kiçik sahəli evlərlə bağlı xüsusi qərarda yenilik

"Sovetski"dəki kiçik sahəli evlərlə bağlı xüsusi qərarda yenilik

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
"Sovetski"dəki kiçik sahəli evlərlə bağlı xüsusi qərarda yenilik



“Bu günə qədər Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən və bununla bağlı müraciət edən ailələr arasında çoxlu sayda evlərinin sahəsi kiçik, 15-20 kv. m olan ailələr də var. Ötən müddət ərzində onların bir çoxu köçürülüb.

Hökumət “Sovetski” məhəlləsindəki kiçik sahəli evlərlə bağlı xüsusi qərar verən zaman bu, qərar verilənə qədər köçürülmüş ailələrə də şamil ediləcək”.

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov söyləyib.

S.İslamov sahəsi kiçik olan evlərin sahiblərinin köçürülmə ilə bağlı müraciətlərinin bir neçə səbəblə bağlı olduğunu bildirib: “Sahəsi 15-20 kv. m olan birotaqlı evlər adətən ümumi həyətlərdə yerləşir, heç bir kommunal şəraiti olmur, ümumi sanitar qovşaqdan, hamamdan istifadə edilir. Ola bilər ki, bu insanların bəzilərinin başqa yaşayış yeri varsa, düşünür ki, heç bir şəraiti olmayan sahəsi 15-20 kv. m olan birotaqlı ev müqabilində 25-30 min manat onlar üçün sərfəlidir. Yaxud ola bilər ki, bəzilərinin müəyyən maddi vəsaiti, yaxud kredit almaq imkanı var, düşünür ki, köçürülmə müqabilində 25-30 min manat da alarsa, normal şəraiti olan ev ala bilər. Ona görə də indiyədək sahəsi kiçik olan bir çox ev sahiblərinin köçürülmə üçün müraciət etməsi və razılıq əldə edilərək köçürülməsi təsadüfi deyil. Köçürülmüş həmin ev sahiblərinin bizdə bank hesabları qalmaqdadır və hökumət qərar verən zaman müəyyənləşdiriləcək əlavə vəsait onların da hesabına köçürüləcək”.

Qeyd edək ki, baş nazirin müavini Abid Şərifov APA-ya açıqlamasında bildirib ki, “Sovetski” məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələ təxirə düşməyib, bir aya-ayyarıma “Sovetski” məhəlləsində inventarlaşma prosesi başa çatandan sonra Maliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti ilə bir araya gəlib, sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlayacaqlar.


QafqazPRESS.az
banner125x125 banner125x125