» » Bakıda dilənçi uşaqlar saxlanıldı

Bakıda dilənçi uşaqlar saxlanıldı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Bakıda dilənçi uşaqlar saxlanıldı



Bakıda bir qrup dilənçi saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 12 nəfər saxlanılıb. Saxlanılanlar arasında 6-sı qadın və 6-sı azyaşlı uşaqdır.

Saxlanılan dilənçilər aidiyyatı üzrə Yevlax rayon pols şöbəsinə göndərilib.



QafqazPRESS.az
banner125x125 banner125x125