Şimal regionunda günvurmaların sayı artıb
Artıq şimal bölgəsində 10-a yaxın vətəndaş günvurma diaqnozu ilə həkimə müraciət edib
İsti hava şəraiti səhhəti ilə bağlı problemi olan insanların sağlamlığına öz mənfi təsirini göstərməkdədir. Bir neçə gündür ki, temperaturun qalxması insanlar arasında günvurma hallarının artmasına səbəb olub. Milli.Az Regional TV-yə istinadən xəbr verir ki, artıq şimal bölgəsində 10-a yaxın vətəndaş günvurma diaqnozu ilə həkimə müraciət edib.
Günvurma davamlı şəkildə müalicə olunmasa, ağır fəsadlarla nəticələnə bilər. Hətta vaxtında tədbir görülməzsə, bu hal ölümə də gətirib çıxara bilər.
İsti havada ürək-damar xəstəliklərinin kəskinləşməsi halları daha çox qeydə alınır. Həkimlər risk qrupuna aid olan insanlara, yəni ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə, çəkisi normadan artıq olanlara, ağır fiziki işlərə öyrəşməyən insanlara qızmar günəş şüalarından qorunmağı tövsiyə edir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR