Bakı yol polisinin böyük fırıldağı
Onun qanunsuzluğunun qarşısını yol polisi aldı
Bakl şəhərində sürücü “10-NA-281” dövlət nömrəli nişanı xüsusi yapşdırıcı lentlə “10-NA-201” nömrəsinə çevirib. Bəs çevirən kimdir? Təəccüblənəcəksiz! Bu, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, çavuş Abbas Abbasovdur.
Anspress-in məlumatına görə, Bakı yol polisinin keçirdiyi reyd nəticəsində avtomobil cərimə meydançasına aparılıb. Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov kimliyindən asılı olmayaraq törətdiyi xətalara görə hər kəsin qanun qarşısında cavab verməli olacağını bildirib.
Nömrəsi dəyişdirildiyi üçün cərimə meydançasına gətirilən avtomobilin yan şüşələrinə görməni məhdudlaşdırılan sənaye üsulu ilə hazırlanmayan jalyüz, eləcə də istifadəsinə qadağa qoyulan səs siqnalı da quraşdırıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR