» » Bakı-Sumqayıt yolunda qeyri-adi sürücü: “Ekologiya postu”nu belə keçib - FOTO

Bakı-Sumqayıt yolunda qeyri-adi sürücü: “Ekologiya postu”nu belə keçib - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 07 fevral 2020
//
Bölmə: Sosial
  Bakı-Sumqayıt yolunda qeyri-adi sürücü: “Ekologiya postu”nu belə keçib - FOTO


Bakı-Sumqayıt yolunda sürücü avtomobili dövlət nömrə nişanı olmadan idarə edib.
Qafqazpress.az xəbər verir ki, sürücünün avtomobili bu vəziyyətdə sürdüyünü əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, “NAZ Lifan” markalı avtomobilin sürücüsü Bakı-Sumqayıt yolunun paytaxta gedən istiqamətində hərəkət edib. Onun nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməsi digər sürücülərin diqqətini cəlb edib.
Avtomobilin sürücüsü bu vəziyyətdə həmin yolda yerləşən “Ekologiya postu”nu da keçib.
Xatırladaq ki, bu halda avtomobilin cərimə meydançasına aparılması qanunla tənzimlənir. İXM-nin 96.1.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə edildiyi hallarda avtomobil saxlanılır və cərimə meydançasına aparılır.

  Bakı-Sumqayıt yolunda qeyri-adi sürücü: “Ekologiya postu”nu belə keçib - FOTO
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125