Məleykə Abbaszadə narazılıq etdi
İyunun 8-dən başlayaraq keçirilən buraxılış imatahanlarında karta və arayışa baxmaqla nəticələrinə baxış keçirən abituriyentlərin statistikası açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. İyunun 8-də arayışa 90%, karta isə 46% abituryent baxıb. İyunun 13-də arayışa 88%, karta 25% abituryent baxıb. İyunun 18-də arayışa baxanlar 85%, karta baxanlar isə 27% olub. İyunun 24-də 59% abituryent arayışa, 20% abituryent isə karta baxış keçirib. Ümumilikdə 197 min 400 nəfər imtahanda iştirak edib. Onlardan 159 min 329 nəfər, yəni 82% abituryent arayışa baxıb, 61 min 617 nəfər yəni, 32% abituryent karta baxıb.
TQDK sədri həmçinin qeyd edib ki, ali məktəblərin magistratura pilləsinə qəbul olan bakalavrların çoxu hələ qeydiyyatdan keçməyib.
O vurğulayıb ki, Bakı Dövlət Universitetinə 630 magistr qəbul olunsa da onlardan yalnız 5-i qeydiyyatdan keçib: “Bu rəqəm heç 1% demək deyil. Texniki Universitetə isə 200 magistr qəbul olunub, amma onlardan yalnız 12 nəfər qeydiyyatdan keçib”.
M.Abbaszadə vurğulayıb magistratura pilləsinə qəbul olunan bakalavrların qeydiyyatı üçün iyulun 5-ə qədər vaxt var. Bundan sonra boş qalan plan yerləri üçün yenidən müsabiqə elan olunacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR