Mənim ilk müəllimim
Məktəbəqədər təhsil sistemi təhsil siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Doğma Vətənimiz olan Azərbaycanımızda saysız məktəbəqədər tədris müəssisəsi var. Bu bağçalarda şirin, şəkər, fidan balalarımız təhsil alır. Gül balalarımıza ana sevgisini əsirgəməyən baxça müəllimləri də saysızdı.
Sizə gözəl ürəyə malik olan müəllimlərdən biri haqqında söz açmaq istəyirəm, insani dəyərlər sahibi Nigar xanım. Nigar xanım işlədiyi tərbiyə müəssisəsində hər bir uşağa ayrı - ayrılıqda ana qayğısı göstərir. Kövrək və gözəl ürəyə malik olan Nigar müəllim körpə, gül balalarımızın sevimli müəlliməsidir.
İşlədiyi baxçada işçilər arasında da böyük hörmətə malikdir Nigar müəllim. Əli balamız bu il baxçanı bitirib, məktəbə qədəm qoyur. Gözəl balamız 1 - ci sinifə qədəm qoyacaq. Çox həyəcanlıdır. Əli balanı başa düşmək olar, axı o, məktəbdə yeni – yeni uşaqlarla tanış olacaq, dost olacaq. Bir yandan da, Əli balamız illərdir getdiyi baxçasından, ilk müəllimi, Ana qayğısı göstərən, mehriban, gülərüz xanım olan Nigar xanımdan uzaq düşəcək. Əlbəttə, onun üçün bu ayrılıq asan olmayacaq. Baxçada qızları bacı, oğlanları qardaş bilirdi – Əli bala.
İlk müəllimi Nigar xanımı çox istəyir. Ona qələm tutmağı, saymağı, yazmağı öyrətmişdi Nigar müəllim. Hər gün səhər baxçaya Nigar müəllimin yanına getmək üçün tələsirdi körpə Əli. Nigar müəllim də eyni zamanda Əlini çox istəyirdi. Əli Nigar müəllimin ən çox istədiyi şagirdləri sırasında idi. Əli çox ağıllı, savadlı, dərrakəli, hafizəli, sözə baxan, ürəyi təmiz uşaq idi.
Beləliklə, QafqazPRESS.az saytı olaraq, öz adımızdan ana sevgisini uşaqlardan əsirgəməyən Nigar xanıma dərin təşəkkürümüzü bildiririk. Allahdan ona can sağlığı, uzun ömür arzu edirik. Hər zaman yaşasın və bizim gül balalarımızın yanında olsun. Amin !!!
Körpə balamız Əli Hüseynov da əla qiymətlərlə məktəbi oxusun və Vətəninəinə, valideynlərinə layiqli oğul olsun!
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR