» » MƏNİM İLK MÜƏLLİMİM

MƏNİM İLK MÜƏLLİMİM

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 12 noyabr 2014
//
Bölmə: Gündəm
MƏNİM İLK MÜƏLLİMİM

İnsanın həyatında, tərbiyəsində, kamil insana çevrilməsində təkcə valideyn deyil, həm də müəllim rol oynayır. Amma ilk müəllim elə valideyn kimidi. Bir az da ondan artıq. Həyatda və təhsildə qazandığım uğurlarda, anam qədər sevdiyim ilk müəlliməm Gülafət Əsgərovanın rolu böyükdür. Əlimə qələm tutmağı və hərfləri yazmağı öyrədən Gülafət müəllimə mənim doğulub boya-başa çatdığım Cəlilabad rayonunun Alar kəndindəki Heydər Əliyev adına bir saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Gülafət müəllimə Biləsuvar rayonunda anadan olub. Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Hazırda işlədiyi məktəbə təyinatla göndərilib. Bir müddət ibtidai metodikanın tədrisi ilə məşğul olub. Həmin vaxtlarda mən birinci sinifə gedirdim və ilk tanıdığım müəllim Gülafət müəllimə olub. O, bizim sinif rəhbərimiz olub. Mən ondan çox şey öyrənmişəm. Biliyə qiymət verməyi, öz üzərində fədakarlıqla çalışmağı mənə Gülafət müəllimə öyrədib. Qazandığım uğurlarda payı olan Gülafət müəlliməni heç vaxt unutmuram. İlk kitabımı və sonralar işıq üzü görən digər kitablarımı həvəslə ona bağışlamışam. O, mənim ən tələbkar oxucumdur desəm, yanılmaram. Şeiri, sənəti yüksək qiymətləndirir, mənim ədəbi uğurlarıma məndən çox sevinir.
Bir payız günündə, 7 noyabr, 2014-cü ildə doğma müəllimimin ziyarətinə getdim. Məni xoş üzlə qarşıladı, ən sevimli şagirdi kimi məktəblilərə təqdim etdi. Sevimli müəlliməmə yeni kitabımı hədiyyə elədim və biz xatirə şəkli çəkdirdik.

Faiq Hüseynbəyli

MƏNİM İLK MÜƏLLİMİM
banner125x125 banner125x125