» » Pul üçün yol kəsənlərə göz yuman kimdir?

Pul üçün yol kəsənlərə göz yuman kimdir?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
Pul üçün yol kəsənlərə göz yuman kimdir?



İş adamının pulunu artırmaq üçün atdığı addım kimlərisə tapdayacaq. Sumqayıt şəhərində tikilən yeni mağaza sakinlər üçün gələcək problemdən xəbər verir. 17-ci mikrorayonda aparılan işlər sakinlərdə belə bir qənaət formalaşdırıb. Oxucular Milli.Az-a yazırlar ki, mikrorayonun 62-ci binasının qarşısında market tikilir. Marketin divarları o qədər qabağa çəkilib ki, düz maşın yoluna dirənir. Mağaza tikildikdən sonra onun qarşısında pilləkən də qurmaq lazım gələcək.

Bundan başqa mağazaya mal gətirən maşınların da orada dayanacağını nəzərə alsaq, insanların gediş-gəliş yolu tamamən qapanacaq. Maraqlıdır, görəsən, Sumqayıt şəhərinin müvafiq qurumları belə hallara niyə biganə yanaşırlar? Özbaşına daşı daş üstə qoymağın mümkün olmadığı bir şəhərdə belə qanunsuzluğa kim icazə verib?

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin bir neçə şöbəsi, eləcə də Memarlıq və tikinti idarəsi ilə gün ərzində əlaqə saxlamağa cəhd etsək də, telefonlara cavab verən olmadı. Şəhər rəhbərliyinin rəsmi mövqeyini öyrənməyə çalışacağıq.



QafqazPRESS.az
banner125x125 banner125x125