» » Bakıda "London" taksisi biabırçılığı: kişi müştəriyə cinsi əlaqə təklif etdilər

Bakıda "London" taksisi biabırçılığı: kişi müştəriyə cinsi əlaqə təklif etdilər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 31 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
Bakıda "London" taksisi biabırçılığı: kişi müştəriyə cinsi əlaqə təklif etdilər





Bakıda “London” taksisinin sürücüsü müştərisinə cinsi əlaqədə olmağı təklif edib. Milli.Az xəbər verir ki, bu barədə Vesti.az-a Binəqədi Rayon Polis Bölməsindən məlumat verilib. Məlumatda deyilir ki, Sumqayıt sakini 24 yaşlı Rəhman Rəhmanov (ad şərtidir) 40-cı Polis Bölməsinə yazdığı ərizəsində gecə 2:00-da Bakı-Şamaxı magistralının Xocasən hissəsində “Murad” şadlıq evinin yaxınlığında “London” taksisinə minib. Yolda taksi sürücüsü maşını saxlayıb ona cinsi əlaqədə olmağı təklif edib. Lakin buna razı olmayan Rəhman hemoseksuala 125 manat pul ödəməli olub. Məlumatı Lent.Az yayıb.

Hadisədən sonra zərərçəkmiş taksinin nömrəsini yazmağa imkan tapıb və dərhal polisə müraciət edib. Taksi sürücüsünün şəxsiyyətini müəyyənləşdirən polis əməkdaşları onu tutublar. Lakin istintaqın maraqları nəzərə alınaraq onun adı açıqlanmır. O, 42 yaşlı Abşeron rayon sakinidir. Hazırda sürücü ilə bağlı məhkəmə hökmünün çıxarılması gözlənilir.

Binəqədi RPB-dən o da bildirilib ki, həmin taksi sürücüsü əvvəllər də müştərilərə qarşı bu tip hərəkətlər edib.




QafqazPRESS.az
banner125x125 banner125x125