Bakıda taksi sürücüsünün evindən xeyli pul oğurlandı
Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb
Paytaxtın Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Həzi Aslanov qəsəbəsində, İlham Məmmədov küçəsi 2 A ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Feyzulla İbrahim oğlu Ağayev 37-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün evdə olmadığı müddətdə pəncərə şüşəsini çıxartmaq yolu ilə mənzilindən 10500 manat pul naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.
Polisdən F. Ağayevin taksi sürücüsü olduğu bildirilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR