» » Dinamik dövrümüzün görünən siması

Dinamik dövrümüzün görünən siması

Müəllif: Sevinc Novruzova
//
Tarix: 31 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
Dinamik dövrümüzün görünən siması
Dinamik dövrümüzün görünən siması




Hüquqşünas kimi işinin peşəkarı olan Şahin Əliyev, bəstəkar, ifaçı kimi də ətrafına geniş dinləyici auditoriyası yığa bilib. Eyni zamanda iş adamı kimi tanınan Şahin – uğur – zəhmət və istedadın vəhdətidir deyir. Şahin Əliyevin corporate business.com saytına verdiyi müsahibəni tərcümə edib, sizlərə təqdim edirik.

– Zəngin olmağın sirləri nədədir? Müvəffəqiyyətin əsasını necə şərtləndirərdiniz?
– Doğrudur, indi deyəcəyim fikrimi bayağı adlandıra bilərsiniz. Ancaq belə görünsə də, mən kifayət qədər ədalətli olmağa çalışacağam. Çalışmaq, çalışmaq və bir də çalışmaq. Yəqin çoxlarınızın uşaq yaşlarında oxuduğunuz “Zəhmət, əqil, bəxt” adlı çox ibrətamiz bir hekayə xatirinizdədir. Bu hekayədən alınan nəticəyə görə də əqil və bəxtin zəhmət qarşısında borclu olması aydın ştrixlərlə verilmişdir. Bəli, Kainat ZƏHMƏT qarşısında hüzurdadır. Müvəffəqiyyəti əldə etmiş kəslər də tam qətiyyətlə təsdiq edə bilərlər ki, qəlbə fərəh, məmnunluq gətirən, cəmiyyət içərisində isə özünütəsdiqlə nidalanan uğuru yalnız bütün varlığını işə həsr etdiyin zaman əldə edə bilərsən. Nəyin və ya kiminsə xoşa gəlib-gəlməməsi isə artıq emosiyalarla bağlıdır.
– Bir qədər də zehni rahatlığınızla bağlı. Bu, sizdə necə alınır?
– Musiqi və kino. Musiqi mənim həyatımdır desəm, daha dəqiq olar. Kinoya isə çox bağlı bir insanam. İnanın ki, mənə mənən yaxın olan filmlərə günlərlə baxa bilərəm. Son izlədiklərimdən isə “Köçəri” filmi xüsusilə xoşuma gəlib. Auditoriya içərisində ad çıxarmış filmləri də dəyərləndirirəm – “Çapıqlı şəxs”, “Xaç atası”, “İsti” bu filmlərdən, həm də böyük şəxsiyyətlərdən olan Robert De Niro, Entoni Xopkins, Cek Nikolson isə bu filmlərə həyat vəsiqəsi qazandıran böyük aktyorlardandır. Mənəsə yalnız – “Bu şəxsiyyətlərin yaradıcılıqları qarşısında baş əyirəm”, – demək qalır. Qiraəti də çox sevirəm. Əlbəttə, əsəbi, həyəcanlı hallarımda yemək də karıma gəlir (gülür). Azərbaycan mətbəxini, milli xörəklərimizi çox sevirəm. Eyni zamanda yaponların “Suşi”sini də xoşlayıram. Ümumiyyətlə, dadlı yeməklərin pərəstişkarıyam.
– Pulun əsas üstünlüyü və ... onların hiyləgərliyi. Sizin nəzərinizdə bunun formulası?
– Üstünlük göz qabağındadır: pul arzularımızı reallaşdıran bir vasitədir. Bununla yanaşı, mən pulun əsl dəyərini, onun necə çətin qazanıldığını bildiyimdən onu sahmanlı xərcləməyin vacibliyini də anlayıram. Odur ki, məni heç də bədxərc adlandırmaq olmaz. Pulun hiyləgərliyi isə ondadır ki, insanlar çox hallarda bu başıbəlalı əsginasın quluna çevrilirlər. Hər şeyi pul naminə edir, onu həyatlarının mənasına çevirirlər. Bu isə çox qorxuludur. Hətta bəşəriyyətin məhvinə səbəb olacaq bir xəstəlikdir. Bəli, məhz xəstəlik. Kimsənin bu qarmağa düşməsini isə, əlbəttə ki, arzulamıram

Tərcümə etdi: E. Aslanov





QafqazPRESS.az
banner125x125 banner125x125