Elina Hacıyevanın intihar etdiyi məktəbdə “Məktəblinin dostu” layihəsi fəaliyyətə başlayıb
"Bakının 162 saylı orta məktəb şagirdi Elina Hacıyevanın intiharından sonra həmin təhsil müəssisəsində “Məktəblinin dostu” layihəsinin əməkdaşları fəaliyyətə başlayıb".
Metbuat.az-ın məlumatına görə, bunu “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev layihənin hesabat tədbirində çıxış edən zaman bildirib.
Onun sözlərinə görə, məktəblinin intiharına qədər o məktəbdə "Məktəblinin dostları" fəaliyyət göstərmirdi. Hadisədən sonra həmin məktəbdə də "Məktəblinin dostları" fəaliyyətə başlayıb".
Rüstəm Ağayev onu da qeyd edib ki, "Məktəblinin dostları" fəaliyyət göstərdikləri məktəb rəhbərliyinə deyillər və müstəqil fəaliyyət göstərirlər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR