» » İBTİDAİ SİNİF ŞAGİRDİNİN QORXULU YUXUSU “SİNİFDƏ QALMAQ”- BU, HANSI HALLARDA MÜMKÜNDÜR?

İBTİDAİ SİNİF ŞAGİRDİNİN QORXULU YUXUSU “SİNİFDƏ QALMAQ”- BU, HANSI HALLARDA MÜMKÜNDÜR?

Müəllif: Səma Zərdablı
//
Tarix: 27 may 2019
//
Bölmə: Təhsil


I sinfə qəbul ibtidai təhsillə bağlı xeyli nüansları aktuallaşdırıb. İbtidai sinif şagirdinin təkrarən sinifdə saxlanması isə çoxlarını maraqlandıran məsələlərdəndir.
I sinfə qəbul ibtidai təhsillə bağlı xeyli nüansları aktuallaşdırıb. İbtidai sinif şagirdinin təkrarən sinifdə saxlanması isə çoxlarını maraqlandıran məsələlərdəndir.
İbtidai sinif şagirdi hansı halda təkrar sinifdə saxlanıla bilər?

Cavab:
Qafqazpress.az xəbər verir ki, bu məsələ ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən – sinfə keçirilməsi haqqında qaydalarda öz əksini tapıb.
Qaydalara əsasən, ibtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Proqramdan geri qalan şagird psixoloji-tibbi-pedaqoji komissiyasının qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunmalıdır.
İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas isə uzunmüddətli xəstəlik və ya məktəbdən yayınma ola bilər.
banner125x125 banner125x125