Məktəbdə dini dərslər keçilməyəcək - Nazirdən AÇIQLAMA
“Biz liberal yanaşmanın tərəfdarıyıq”
Təhsil naziri Mikayıl Cabbarov şagirdlərin sinifdən-sinfə keçirilməsi ilə bağlı yeni qərardan danışıb.
AzVision.az-ın məlumatına görə, nazir jurnalisltlərə açıqlamasında qeyd edib ki, şagirdlərin sinifdən-sinfə keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətinin təmin olunmasıdır.
“Burada məntiq çox sadədir. Bu qərara əsasən, bir sıra fənlər üzrə qeyri-kafi qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuğyun hesab edilmir. Fərz edin ki, əgər şagird 8-ci sinif proqramını mənimsəmirsə, onun 9-cu sinifdə uğurla təhsil alması təbii olaraq suallar doğurur. Formallıq hesabına şagirdi sinfdən-sinfə keçirməklə biz nə şagirdə, nə təhsil sisteminə, nə də nəticə eitbarilə vətəndaş kimi həyatda yer tapmasına xidmət etmirik”.
Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə 9-11ci siniflərdə istər attestatların, istərsə də şəhadətnamələrin verilməsi təmin olunur: “Bu nöqteyi-nəzərdən liberal yanaşmanın tərəfdarıyıq. Bu təbii olaraq təhsilin keyfiyyətinin azaldılması hesabına həyata keçirilə bilməz. Təhsil sistemi keyfiyyətli təhsil verməyə xidmət etməlidir. Qərarın arxasında duran fəlsəfə də budur”.
Mikayıl Cabbarov eyni zamanda məktəblərdə illahiyyat dərslərinin keçirilməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ gündəmdə deyil.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR