“Avqustda maskasız gəzə biləcəyik” – Rusiya rəsmisindən hamını sevindirəcək açıqlama
Kreml pandemiyadan sonra normal həyata qayıtmaqla bağlı konkret zaman açıqlayıb.
Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov koronavirus pandemiyasından sonra normal həyata qayıtma vaxtını açıqlayıb.
Sfera.az xəbər verir ki, Peskov bu barədə TASS-a müsahibəsində danışıb.
Kreml sözçüsünün sözlərinə görə, bunun üçün əlverişli vəziyyət yay aylarında olacaq. "Yəni, avqustda artıq üzümüzü gizlətmədən gəzə biləcəyik”, - deyə o, əlavə edib.
Peskov xatırladıb ki, mütəxəssislərin hesablamalarına görə, normal həyata qayıtmaq üçün dünya sakinlərinin təxminən 60 faizində koronavirusa qarşı immunitet yaranmalıdır. Söhbət koronavirusa həm təbii, həm də preparatlar vasitəsilə yaranan dayanılqlıqdan gedir.
O, vurğulayıb ki, bir çöx ölkədə bunun üzərində gərgin iş gedir. Peskov həmçinin əlavə edib ki, İsraildə bu istiqamətdə əhəmiyyətli uğurlar əldə edilib, Rusiya ilə ABŞ-da isə peyvəndləmə prosesi getdikcə daha da sürətləndirirlir.
Qeyd edək ki, ötən ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin, hər il keçirdiyi ənənəvi böyük mətbuat konfransı zamanı ölkəyə kilidləmə tətbiq edilməsini istisna etmişdi. Onun sözlərinə görə, ölkədə koronavirus infeksiyasının yayılması artrıq təhlükəli həddə deyil.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR