» » Türkiyədə qasırğa evlərin damını uçurdu, maşınları aşırdı - VİDEO

Türkiyədə qasırğa evlərin damını uçurdu, maşınları aşırdı - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 27 yanvar 2021
//
Bölmə: Dünya
Türkiyədə qasırğa evlərin damını uçurdu, maşınları aşırdı - VİDEO


Türkiyənin Bursa şəhərində təbii fəlakət baş verib. Mərmərə dənizindən gələn tornado onlarla evi dağıdıb.
"Zvezda"nın məlumatına görə, qasırğanın mərkəzində küləyin sürəti saatda 70 kilometrdən artıq olub.
Güclü külək binaların damlarını qoparıb və avtomobilləri aşırıb. Əsas zərbə elit mikrorayonun inşa edildiyi tikinti sahəsinə düşüb. İşçilər evlərin zirzəmilərinə və yük maşınlarının kabinələrinə sığınmağa imkan tapıblar.
Bir nəfər yaralanıb.
Meteoroloqların bildirdiyinə görə, bu gün şəhəri ikinci qasırğa gözləyir. Küləyin sürətinin saatda 100 kilometrdən çox olacağı ehtimal olunur. Dənizdən eyni anda bir neçə burulğan gələ bilər.

banner125x125 banner125x125