İranda qəzaya uğrayan təyyarədə 7 ölkənin vətəndaşı həlak olub - YENİLƏNİB
İranın paytaxtı Tehran yaxınlığında qəzaya uğrayan "Boeing 737" təyyarəsində 7 ölkənin vətəndaşı həlak olub.
Qafqazpress.az Trend-ə istinadən xəbər verir ki, təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.
Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub.
Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.
----------
11:11
İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların 32 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR