Artur Vanetsyan: Nikol Paşinyan xroniki yalançıdır
“Ermənistanın “Vətən” Partiyasının sədri Artur Vanetsyan Pressing nəşrinə verdiyi müsahibəsində deyib ki, Qarabağ müharibəsinin dayandırılması ilə bağlı imzalanan razılaşma respublikamızın tarixindəki ən biabırçı və ağrılı səhifələrdən biridir və bütün bunlar üçün yeganə məsul və günahkar olan Ermənistanın hazırkı hakimiyyətində oturan xainlər qrupudur.
xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
“Son 2,5 ildə xarici qüvvələrin təsiri altında bu biabırçı razılaşmanın imzalanması ilə başa çatan proqramı həyata keçirtdilər. Son dəqiqəyə qədər dövlət təbliğat maşını hər kəsi aldatdı və qazandığımızı söylədi. Həqiqəti təqdim etməyə çalışanlar dərhal xainlər sırasına qoşuldu” deyib Vanetsyan.
O, bir müddət bu “xain qrupu” ilə çalışdığına diqqət çəkib.
“Əhalimizin əksəriyyəti inqilaba inandığı üçün yeni keyfiyyətə sahib olacaq bir Ermənistanın yaradılacağına ümid edirdi. Bir müddət Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışdıqdan sonra əslində nümayiş olunanların, deyilənlərin tamamilə aldadıcı olduğunu görməyə başladım. Hamını hər yerdə aldadırdılar. Nikol Paşinyan xroniki bir yalançıdır, hər zaman nə haqdasa yalan danışır və sonra yalanlarına haqq qazandıraraq bəhanələr gətirməyə başlayır. Başlanğıcda təhlükəli inkişafların qarşısını alacağımı ümid edirdim, lakin MTX direktoru kimi dövlət başçısından fərqli siyasi açıqlamalar verə bilməzdim. Və istefa ərizəmi “Dur!” müraciəti ilə Nikol Paşinyana təqdim etdim”. Artur Vanetsyan yekunlaşdırıb.
KONKRET.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR