» » Ermənistan Azərbaycana MÜHARİBƏ ELAN ETDİ – Gizli detallar ÜZƏ ÇIXDI

Ermənistan Azərbaycana MÜHARİBƏ ELAN ETDİ – Gizli detallar ÜZƏ ÇIXDI

Müəllif: Səma Zərdablı
//
Tarix: 23 aprel 2019
//
Bölmə: Sosial

 Ermənistan Azərbaycana MÜHARİBƏ ELAN ETDİ – Gizli detallar ÜZƏ ÇIXDI


19-20 apreldə Ermənistanın müdafiə naziri David Tonoyan, ərazi idarəçiliyi və inkişaf naziri Suren Papikyan və İrəvan meri Ayk Marutyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağa gəlişi və separatçı rejimin hərbi-siyasi rəhbərliyi ilə keçirdikləri görüşlərin detalları məlum olub.
Korrupsiya-q.az xəbər verir ki, Ermənistan mediası rəsmi İrəvanın Qarabağda separatçı rejimin rəhbərliyi ilə addımlarını uzlaşdırdığı, hərbi və siyasi sferada birgə qərarların verilməsi üçün nazirləri Xankəndinə göndərdiyini yazıb.
Erməni şərhçi Akop Badalyan yazır ki, bu səfər əslində “Şant-2018” təlimlərinin lokal davamı və mümkün təhlükələrə qarşı hazırlığın görülməsidir.
“Həmçinin, bunu Ermənistan təhlükəsizlik şurasının Xankəndində keçirilən iclasının məntiqi davamı hesab etmək olar”, – deyə erməni şərhçi yazıb.
Qeyd edək ki, ötən ilin 11 sentyabrında erməni hərbi birləşmələri “Şant-2018” təlimlərinə start verib. Sentyabrın 12-də Ermənistan parlamenti fövqəladə iclasında “Şant-2018” hərbi təlimləri çərçivəsində şərti olaraq Azərbaycana müharibə elan etmək qərarı verib. Parlament hökumətin təklifi əsasında konstitusiyasının 118-ci maddəsinin birinci bəndini və 105-ci maddəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycana qarşı müharibə elan etməklə bağlı qərar qəbul edib. Ermənistan parlamenti sentyabrın 12-də qəbul etdiyi “müharibə elan etmək təklifinin təsdiq edilməsi haqqında” qərarında da Azərbaycana qarşı müharibə məsələsi yer alıb.
Ermənistanın bütün ərazisini əhatə edən “Şant-2018” təlimləri 11-14 sentyabr tarixlərini əhatə edib. Erməni dilində “İldırım” olan “Şant-2018” təlimi baş nazir Nikol Paşinyanın rəhbərliyi altında keçirilib. Paşinyan iddia edib ki, bu təlimlər Ermənistan üçün “aprel müharibəsi”nin təkrarlanmasına imkan verməyəcək. Təlim çərçivəsində Ermənistanın bütün ərazilərində şərti olaraq fövqəladə hal elan olunub.
Qarabağa gələn erməni nazirlər cəbhə xəttinə baş çəkib, Azərbaycan torpaqlarında yerləşdirilmiş erməbi hərbi birləşmələrinin atış təlimlərini izləyib. Ermənistan mediasının bu səfəri və nazirlərin cəbhə xəttinə baş çəkməsini “Şant”ın davamı, yəni Azərbaycana qarşı müharibə elanı kimi şərh etməsi xüsusi diqqət çəkir. Baş verənlərə Tonoyanın Vyana görüşü ərəfəsində “yeni müharibə yeni ərazilərdir” bəyanatı fonunda yanaşdıqca işğalçı ölkənin cəbhədə yeni təxribatlara əl ata biləcəyi
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125