» » Yevlaxda güclü külək ağacları yola aşırdı - VİDEO

Yevlaxda güclü külək ağacları yola aşırdı - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 05 fevral 2020
//
Bölmə: Hadisə
 Yevlaxda güclü külək ağacları yola aşırdı - VİDEO


Gecə saatlarında güclənən külək Yevlax rayonunda bir sıra fəsadlar törədib.
Qafqazpress.az xəbər verir ki, təbiət hadisəsi nəticəsində Mingəçevir-Bəhramtəpə yolunun Tanrıqullar kəndindən keçən hissəsində yol kənarında olan iri gövdəli ağaclardan bir neçəsi aşıb, bəzilərinin iri budaqları sınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Sınan budaqlar yola düşsə də, avtomobillərin gediş-gəlişinə mane yaratmayıb. Sürücülər yola düşən iri budaqları kənara çıxararaq, baş verə biləcək qəzaların qarşısını alıb.

banner125x125 banner125x125