Yeni milli azlıq qeydiyyatdan keçməyə hazırlaşır
Böyük Britaniyada yeni milli azlıq qeydiyyatdan keçib. ANS PRESS-in məlumatına görə, bu milli azlıq kornuol və korn adlanır. Baş nazir Devid Kameronun qərarı ilə onlar “xüsusi xalq” kimi qəbul edilib. Bu barədə BBC radio stansiyası məumat verib.
“Kornuollar Avropa Şurasının milli azlıqlar siyahısına əlavə olunacaq. Bununla da onlar özlərinin mədəniyyəti və tarixi irslərini qorumaq hüququ verən status əldə edəcəklər” - deyə qeyd edilib.
İnzibati olaraq Kornuol hersoqluqdur və Britaniya taxt-tacında şəxsi mülkiyyətə sahibdir. Ənənlərə görə, bu hakim monarxın böyük oğlunun idarəçiliyinə verilir. İndi hersoqluğun süzereni Uels şahzadəsi Çarlzdır. Onun həyat yoldaşı Kamilla isə Kornuol hersoqluğunun rəsmi titulunu daşıyır.
Müasir elm hesab edir ki, kornuollar keltlərin birbaşa nəsilləridir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR