» » Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı

Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2014
//
Bölmə: Dünya / Gündəm
Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı


Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu baş redaktorun faciəli ölümü ilə bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 26-da saat 08:00 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Mehdiyev Natiq Qeyis oğluna məxsus evdə baş vermiş yanğın nəticəsində 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun ölməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-texniki təhlükəsizlik, məhkəmə-tibbi ekspertlərinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunub, zəruri materiallar götürülüb və mərhumun meyiti Səhiyyə Nazirliyinin "MTE və PA" Birliyinin Suraxanı rayon şöbəsinə göndərilib.

Qeyd edilib ki, S.Soltanovun qəsdən öldürülməsində şübhələr üçün əsaslar olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İstintaqın tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Alyarova Gülnarə Allahyar qızının S.Soltanov tərəfindən 10 aprel 2014-cü il tarixdə zorlanması barədə ərizəsi əsasında Binəqədi rayon prokurorluğunda, eləcə də S.Soltanovun dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməsi barədə vətəndaşların müraciətləri əsasında Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində toplanmış materiallar həmin cinayət işinə əlavə edilib.

Hazırda iş üzrə Bakı şəhər prokurorluğunda istintaq davam etdirilir.
Qeyd edək ki, Sadiq Soltanov "Mizan Tərəzi" qəzetinin baş redaktoru idi.


QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125