Beynəlxaq Valyuta Fondu rəhbərinin adına fahişəxana açdılar
Seksual təcavüz ittihamları ilə bağlı istefa verən Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Straus-Kanın adı yenə belə məsələlərdə hallanmaqdadır.
ANS PRESS-in xəbərinə görə, Belçikada adı seks qalmaqllarında hallanan keçmiş BVF rəhbəri Dominik Straus-Kanın adına fahişəxana açılıb.
Fransız ictimaiyyətində qısaca DSK olaraq adlandılırlan Dominik Straus-Kan Belçikanın Balto şəhəri yaxınlığında açılan bu əxlaqsızlıq yuvası ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Alderveyreld adlı sahibkar fahişəxanaya belə ad qoymaqda məqsədi olduğunu bildirib.
"Mən buraya ad qoyarkən Dominik Straus-Kanı düşündüm. DSK yaxşı bir reklam deməkdir. Hamı onu tanıyır, hamı ondan danışır" - deyə Alderveyreld sözlərinə əlavə edib.
Sabiq BVF rəhbərinin Paris və Brüsseldə səlahiyyət verdiyi 5 vəkil isə hadisəni qanuni yollara həll edəcəklərini açıqlayıblar.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Straus-Kan 2011-ci ildə Nyu-Yorkda qulluqçu qadın Nafissatu Dialloya qarşı zorlama cəhdi etməkdə günahlandırılıb. Günahını boynuna almasa da, Straus-Kan Valyuta Fondu rəhbərliyindən ayrılmalı, üstəlik, 2012-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizədliyindən imtina etməli olub. Məhkəmə Straus-Kanın qulluqçu qadına 1,5 milyon dollar məbləğində təzminat ödəmə qərarı ilə yekunlaşıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR