Nazirlik: "Azərbaycanda heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur"
Bir sıra yerli saytlarda "Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır" başlıqlı məlumat dərc olunub. Məlumatda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM)nin "Facebook" sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başladığı qeyd olunur.
Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ANS PRESS-ə bildirib ki, bu təhrif olunmuş məlumatdır.
“Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur. Elektron Təhlükəsizlik Mərkəzi mütəmadi olaraq informasiya təhlükəsizliyi sahəsi ilə bağlı cəmiyyətdə maarifləndirmə işlərini həyata keçirir. Bu baxımdan Mərkəz zamanla "Facebook", "YouTube" və s. kimi şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsi ilə bağlı əhalini maarifləndirmək məqsədilə müxtəlif buklet və broşürlər, məlumat kitabçalarının hazırlanıb paylanılmasını reallaşdırır və gələcəkdə də bu prosesi davam etdirməyi planlaşdırır. Bu kitabçaların bəzi media orqanlarında "nəzarət sənədi" olaraq təqdim olunması qətiyyən düzgün deyil və məlumatın təhrif olunaraq cəmiyyətdə çaşqınlıq yaradılmasıdır".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR