"Oğlumun əməliyyatı üçün bədənimi satıram"
Türkiyənin Antalya şəhərindəki gecə klublarından birinə polis basqını zamanı fahişəlikdə suçlanan 62 qadın saxlanılıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, şəhərin Lara bölgəsindəki gecə klubunu 3 aydan bəri izləyən polis əməkdaşları əksər hallarda özlərini müştəri kimi qələmə verərək kluba yollanır, operativ məlumatlar toplayırdılar.
Əxlaqsızlıqda suçlanaraq tutulan qadınlar arasında Qırğızıstanın 6, Moldovanın - 9, Rusiyanın - 4, Gürcüstanın - 8, Tacikistanın 2, Özbəkistanın 3, Türkiyənin 21 vətəndaşı vardı.
Moldova vətəndaşı, 30 yaşlı Oksana K. polisdə verdiyi əməliyyatda bildirib ki, 6 yaşlı oğlunun cərrahiyyə əməliyyatına pul yığmaq üçün fahişəlik edir.
"Oğlumun əməliyyatı üçün bədənimi satıram", - Oksana söyləyib.
Polisdən verilən məlumata görə, bu əxlaqsız qadınlar seçdikləri müştərilərdən bir gecəlik "eşq" üçün 600-1000 lirə alırdılar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR