» » Dəhşət: qəbristanlıqdan 100 ölünü çıxarıb yedilər

Dəhşət: qəbristanlıqdan 100 ölünü çıxarıb yedilər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 15 aprel 2014
//
Bölmə: Hadisə
Dəhşət: qəbristanlıqdan 100 ölünü çıxarıb yedilər




Polis bu evdə axtarış aparanda 3 yaşlı uşağın kəsik başını tapıb. Kəllə parçaya bükülmüşdü, mətbəxin bir küncündə idi.
Qazanda isə qızardılmış ət vardı.

Polisin dediyinə görə, qazanda bişən ət insan əti idi.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Pakistanın mərkəzindəki Darya şəhərində polis iki qardaşı - 35 yaşlı Məhəmməd Arifi və 30 yaşlı Məhəmməd Fərmanı həbs edib.

Onlar hannibalizmdə və nerofaqiyada ittiham olunurlar. Polisdən verilən məlumata görə, bu qardaşlar son iki il ərzində şəhər kənarındakı qəbristanlıqda 100 məzarı dağıdaraq cəsədləri çıxarıblar və yeyiblər.
Qardaşlar yalnız yeni qazılmış məzarlardakı ölülərlə "qidalanıblar".

Məhəmməd Fərman 2011-ci ildə Pakistanın Bhakkar şəhərində adamyeyənlikdə suçlanaraq tutulmuşdu. Onun qardaşı Məhəmməd Arif isə bir il sonra azyaşlı uşağı öldürərək yeməkdə şübhəli bilinmiş, amma polis yetərincə sübutlar tapa bilmədiyi üçün həbsdən qurtula bilmişdi.

Darya şəhərinin polis rəisi Əmir Abdulla deyib: "Qonşular qardaşların evindən çox pis iy gəldiyindən şikayətlənmişdilər. Biz də şikayət olunan yerə getdik. Gördüklərimiz bizi dəhşətə gətirdi. Daha sonra qəbristanlığa baxış keçirdik və məlum oldu ki, qardaşlar son iki ildə 100 məzarı dağıdaraq ölüləri yeyiblər".

Qardaşlar qəbristanlıqda ilk qəbri 2011-ci ildə dağıdıblar və 24 yaşlı qadının cəsədini çıxararaq yeyiblər.

Məhəmməd Arif və Məhəmməd Fərmanın arvadları onları üç il əvvəl tərk edib.



QafqazPRESS.az
banner125x125 banner125x125