Anders Foq Rasmussen: "Şimali Atlantika Alyansı ölkələri hərbi xərcləri artırmalıdırlar"
Şimali Atlantika Alyansı ölkələri hərbi xərcləri artırmalıdırlar
Bunu NATO baş katibi Anders Foq Rasmussen "Die Welt" qəzetində dərc olunmuş müsahibəsində bəyan edib.
Trend-in məlumatına görə, xəbəri İTAR TASS yayıb.
Alyansın rəhbəri bildirib ki, ötən beş il ərzində NATO üzvü olan ölkələr hər şeydən əvvəl Avropa dövlətləri bu məqsədlər üçün xərcləri kəskin, bəzi hallarda 40 faiz azaldıblar.
Foq Rasmussen hesab edir ki, amma indi "təhlükəsizlik sahəsində yeni vəziyyət ortaya çıxıb". Onun sözlərinə görə, belə şəraitdə alyans "müdafiə güclərinin təmin olunması üçün əsl bacarığa malik olmalıdır".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR