» » Dünyaca məşhur futbolçunun atasını oğurladılar

Dünyaca məşhur futbolçunun atasını oğurladılar

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 iyul 2014
//
Bölmə: Dünya / Gündəm
Dünyaca məşhur futbolçunun atasını oğurladılar


İtaliyanın "Yuventus" klubunun forvardı, məşhur futbolçu Karlos Tevesin atası Sequndo Teves Argentinanın Buenos-Ayres vilayətindəki Morona şəhərində oğurlanıb.

Milli.Az Clarin-ə istinadən bildirir ki, cinayətkarlar girov götürdükləri S.Teves üçün pul tələb ediblər.

Tevesin atasının qaçırılmasının əvvəlcədən ciddi hazırlanmış cinayət olmadığı bildirilir.

Cinayətkarlar ilk əvvəl kimi oğurladıqlarını anlamadıqları üçün az pul istəmihdilər. Onlar, sadəcə bahalı maşın sürən şəxsi girov götürdüklərini düşünüblər.
Cinayətkarların tələb etdikləri məbləğ artıq ödənib. Karlos Teves problemi tam həll etmək üçün vətəninə yollanıb.

El Mundo bildirir ki, hadisə bu gün səhər baş verib.

Sequndo Teves Volkswagen Vento avtomobilinin sükanı arxasında olarkən Dolores Pratt küçəsində tapança ilə hədələnərək qaçırılıb.
Federal prokuror Federiko Delqadonun dediyinə görə, cinayətkarlar 3 nəfər olublar.



QafqazPRESS.az