» » Lənkəranskinin mirası uğrunda - 2 “qanuni oğru”nun savaşı başladı

Lənkəranskinin mirası uğrunda - 2 “qanuni oğru”nun savaşı başladı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 oktyabr 2016
//
Bölmə: Dünya
Lənkəranskinin mirası uğrunda - 2 “qanuni oğru”nun savaşı başladı






“Qanuni oğru”lar Rövşən Lənkəranskinin mirasını bölüşməyə başlayıblar.

Bu barədə “Rosbalt”a hüquq-mühafizə orqanlarındakı mənbəsi məlumat verib.

Mənbənin sözlərinə görə, Canıyevin Moskvadakı ən böyük aktivləri olan göyərti, meyvə və tərəvəz satışı üzrə topdansatış bazarı Merab Suxumskinin sərəncamına keçib.

Canıyevin ən ciddi aktivlərinin isə son illər yaşadığı Türkiyədə olduğu bildirilir. Bura Rövşənin “krışa”sı altında yaşayan çoxlu sayda iş adamları və firmalar, mehmanxanalar, narkotiklərin çatdırılması kanalları daxildir.

Son zamanlar Lənkəranskinin yaxın ətrafına Hüseyn Əhmədov və Merab Suxumskinin rəhbərlik etdiyi mafiya qruplaşmaları daxil olub. Hər ikisi varislik üçün namizəddirlər.

Mənbə bildirib ki, hələ ki, Hüseynlə Merabın klanı arasında birbaşa münaqişə olmasa da, lakin hər şey buna aparıb çıxarır: “Rövşənin mirasının dinc yolla bölüşdürülməsi alınmayacaq”.
banner125x125 banner125x125