» » Əməkdar artist: "Toy gecəsi atamın başına hava gəldi"

Əməkdar artist: "Toy gecəsi atamın başına hava gəldi"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 iyun 2014
//
Bölmə: Mədəniyyət
Əməkdar artist: "Toy gecəsi atamın başına hava gəldi"



Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, əməkdar artisti Rəhman Rəhmanov atasının "qanuni oğru" olduğunu deyib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor bu etirafı "Düz üzünə" verilişində edib:

"Mən "Qara Volqa" kitabında adıçəkilən "qanuni oğru" "Qızılbarmaq Tofiq"in yeganə oğluyam. Atam başkəsən, cəllad kimi adam idi. Amma ömrünün son illərində atamın başına hava gəldi. Ona oğru aləmində ləkə gətirmək üçün toy gecəsi anamın qızıllarını aparmışdılar.

Bu atamı təhqir etmək demək idi. Atam o qədər pis olmuşdu ki, toy gecəsi başına hava gəldi. Ömrünün sonlarına yaxın mən onu Opera və Balet Teatrında qapıçı kimi işə düzəltdim. Amma əmək qabiliyyəti yox idi deyə çalışa bilmədi. Sonra Akademik Dram Teatrda çalışdı”.


QafqazPRESS.az
banner125x125 banner125x125