» » Səlahəddin Dəmirtaş haqda qərar verildi

Səlahəddin Dəmirtaş haqda qərar verildi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 noyabr 2016
//
Bölmə: Dünya
Səlahəddin Dəmirtaş haqda qərar verildi







Dünən gecə saatlarında Diyarbəkirdəki evində saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş bu gün vəkili ilə birlikdə məhkəməyə çıxarılıb.

Prokuror HDP lideri barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Diyarbəkir 2-ci Sülh Cəza Məhkəməsi Dəmirtaş haqqında həbs qərarı verib.
Ankarada saxlanılan HDP-nin həmsədri Figen Yüksəkdağ da Diyarbəkirə gətirilib. Məhkəmə onun haqqında da həbs qərarı verib.

Partiyanın tutulan digər millət vəkilləri arasında İdris Baluken, Nursel Aydoğan, Leyla Birlik və Gülsel Yıldırım var.

Millət vəkilləri Ziya Pir, İmam Taşçıer, Sırrı Süreyya isə sərbəst buraxılsa da, polisin nəzarəti altında olacaqlar.
banner125x125 banner125x125