Millət vəkilləri CAR-a gedir
Milli Məclisin deputatları Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov “Azərbaycanın iqtisadi, sosial və mədəni aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün fevralın 16-dan 24-dək Cənubi Afrika Respublikasında səfərdə olacaqlar.
ANS PRESS-in Milli Məclisin saytına istinadən məlumatına görə, Yohannesburq şəhərində keçiriləcək toplantıya dünyanın müxtəlif yerlərində məskunlaşan türk toplumlarının nümayəndələri qatılacaq. Konfransda Azərbaycanda real vəziyyət, Avropanın enerji təhlükəsizliyi siyasətində ölkəmizin rolu ilə bağlı məsələlər müzakirə ediləcək.
Deputatlarımız mövzu ilə əlaqədar fikirlərini bölüşəcəklər.
QafqazPRESS.az
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR