ERMƏNİ DİCEY: “MUSİQİDƏ DÜŞMƏN YOXDUR!”
Erməni dicey: “Musiqidə düşmən yoxdur!”
Erməni dicey “Onetreeevn” İrəvanda “Boiler Room” şousu çərçivəsində səhnəyə üzərində “Musiqidə düşmən yoxdur! Bakı və İrəvan – dostdur! Dünya – bizim evimizdir!” yazılmış köynəklə çıxıb.
Qafqazpress.az xəbər verir ki, sözügedən məsələ qısa müddətdə sosial şəbəkələrdə populyarlıq qazanıb.
Erməni diceyin qeyri-adi addımı erməni istifadəçilərin qəzəbinə səbəb olub.
Qeyd edək ki, Stokholmdan tutmuş Şanxaya qədər dünyanın 100-dən çox şəhərində keçirilən şou – “Boiler Room” Azərbaycana ilk dəfə mart ayında çatıb. Bu, Bakının klub həyatında böyük hadisə olub.
Azərbaycanın paytaxtındakı layihənin qəhrəmanları 5 nəfər yerli musiqiçi və dicey olub: İsfar Sarabski, İrşad Hüseyn, “Cestlek”, “Mozzy” və “George effe”.
Bakıdan dərhal sonra “Boiler Room”un təşkilatçıları Ermənistana yollanıblar. İrəvandakı “Boiler Room”dan ilk canlı yayım 5 saat davam edib və internet məkanında böyük maraq doğurub.
“Boiler Room”un İrəvan turnesinin əsas hadisəsi hər kəsdən öz köynəyi ilə seçilən erməni dicey “Onetreeevn”ın çıxışı olub.
Şounun təşkilatçıları və diceyin özü baş verənləri şərh etməkdən imtina edib. Axar.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR