Erməni "avtoritet"i döydülər
Ötən gecə İrəvanda naməlum adamlar erməni avtoritet Arman Babikyanı amansızcasına döyüblər.
Milli.Az anspress-ə istinadən bildirir ki, Babikyan kriminal dairələrdə "Zub" ləqəbi ilə məşhurdur.
Çoxsaylı zədələr alan Babikyan "Erebuni" tibbi mərkəzinə çatdırılıb. Avtoritetin döyülməsi ilə bağlı informasiyanı İrəvan polisinin rəisi Aşot Karapetyan təsdiqləyib.
Karapetyan həmçinin məlumat verib ki, artıq olayla bağlı araşdırma başlanıb, amma hələ heç kim saxlanmayıb.
Bir sıra erməni KİV-i bildirib ki, Babikyanın döyülməsini İrəvan ağsaqqallarının şura üzvü, parlamentin deputatı Mqer Sedrakyanın oğlu David Sedrakyan təşkil edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR