Rusiya 94 yaşlı Yazovu həbsdən qurtarmaq istəyir
SSRİ-nin müdafiə naziri olmuş Dmitri Yazovla bağlı 10 illik həbs qərarı çıxaran Litva məhkəməsinə qarşı cinayət işi açılıb.
Qafqazpress.az xəbər verir ki, cinayət işini Rusiya İstintaq Komitəsi açıb. Qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, cinayət işi Aynor Mayavişen, Ayva Suvilen, Virciniya Tamoşyunayte və Arturas Şumskasa qarşı qaldırılıb.
Xatırladaq ki, Litva məhkəməsi 94 yaşlı Yazovu 10 il azadlıqdan məhrum edib. O, insanlığa qarşı cinayətdə ittiham edilib. Onunla bərabər daha bir neçə nəfər barəsində qiyabi məhkəmə qərarı çıxarılıb.
Yazov və digərləri Litvada 1990-cı il yanvarında törədilən qətllərdə ittiham olunur.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR