» » 20 YANVAR FACİƏSİNİN TƏŞKİLATÇISI 10 İL AZADLIQDAN MƏHRUM EDİLİB

20 YANVAR FACİƏSİNİN TƏŞKİLATÇISI 10 İL AZADLIQDAN MƏHRUM EDİLİB

Müəllif: Səma Zərdablı
//
Tarix: 27 mart 2019
//
Bölmə: Sosial
 20 YANVAR FACİƏSİNİN TƏŞKİLATÇISI 10 İL AZADLIQDAN MƏHRUM EDİLİB


Keçmiş SSRİ-nin müdafiə naziri, 94 yaşlı Dmitri Yazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Korupsiya-q.az xəbər verir ki, Litvanın Vilnüs şəhər dairə məhkəməsi 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə onun barəsində belə bir hökm çıxarıb.
Litva Baş Prokurorluğu isə keçmiş müdafiə nazirinin ömürlük həbs edilməsini istəyib.
Qeyd edək ki, D.Yazov 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın başqa rayonlarında törədilən qırğınlara başçılıq edənlərdəndir.
banner125x125 banner125x125