ERMƏNİSTAN QARANLIĞA QƏRQ OLDU
Ermənistan paytaxtı Yerevan şəhərinin elektrik təchizatında fasilə yaranıb.
Qafqazpress.az xəbər verir ki, buna səbəb elektrik sistemində qəza olub.
Yerevan İstilik Elektrik Stansiyasında və Razdan İstilik Elektrik Stansiyasının beşinci blokunda qəza baş verib. Hadisə nəticəsində Yerevan metrosunda qatarlar tuneldə qalıb, telefon şəbəkəsi və internetin işində problemlər yaranıb.
Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan “Facebook” hesabından bildirib ki, bütün ölkə ərazisində elektrik enerjisinin verilməsi dayandırıla bilər. Sosial şəbəkələrin Ermənistan seqmentində bildirilib ki, elektrik enerjisindəki fasilə təbii qazın əhaliyə verilməsində də problemlər yaradıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR