SURİYALILARA VAXT VERİLDİ
İstanbulda qeydiyyatda olmayan (digər vilayətlərdə qeydiyyatda olan) Suriya əsilli xarici vətəndaşların qeydiyyatda olduqları ərazilərə qayıtmaqları üçün 20 avqust 2019-cu il tarixinə qədər vaxt verilib.
Qafqazpress.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.
Açqlamada bildirilir ki, İstanbulda 547 min 479 suriyalı daxil olmaqla ümumilikdə 1 milyon 69 min 860 xarici vətəndaş var.
“Göstərilən müddətin sonunda geri qayıtmadığı müəyyən olunan şəxslər Daxili İşlər Nazirliyinin təlimatı əsasında qeydiyyatda olduqları ərazilərə sövq olunacaqlar”, – deyə məlumatda vurğulanıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR