Şair- publisist Fəridə Ləmanın " Qılınckəndi dastanı " kitabı 1984-cü ildə Qazax mahalının İncə dərəsindən ermənilərə
Qılınckəndi dastanı
(tarixi sənədli əsər)
(təkmilləşmiş, təkrar nəşr)
Fəridə Ləman
Bakı - 2011
Bismillahir-rəhmanir-rəhim!
Əllahummə səlli əla Muhəmmədin və
ali Muhəmməd!
Kitabın işıq üzü görməsində göstərdiyi
xeyirxahlığa görə “Kitab evi” İctimai Birliyinin sədri
Salatın Əhmədliyə İncədərəsi camaatı adından minnət-
darlığımı bildirirəm.
Rəyçi: Budaq Budaqov,
Akademik
Redaktor: Tamella Abbasxanlı
filologiya elmləri üzrə
fəlsəfə doktoru
Bədii redaktor: Pərvanə Nizaməddin
Şair
1984-cü ildə Qazax mahalının Kəmərli kəndinin Qılınckəndi
meşəsindən 1675 hektar münbit torpaq sahəsi - müqəddəs Tor-
paqlarımız, Yurd yerlərimiz, tarixi abidələrimiz, dədə-baba məzar-
larımız ermənilərə “bağışlandı”.
Bu kitab 1995-ci ildə “Torpağın yaddaşı” adı altında
“Sabah” nəşriyyatında çap olunmuşdur. Kitab işıq üzü gördükdən
sonra oxucu kütləsi arasında böyük marağa səbəb olmuşdur və bir
çox sənət adamları bu kitab haqqında rəylərini bildirmişdilər. Rəy-
lərin bir hissəsi əlavə olunmaqla kitab yenidən “Qılınckəndi dastanı”
adı ilə çap olunur.
İSBN: 978-9952-29-017-12
Bakı, MBM nəşriyyatı, 2011
F.Ləman, Qılınckəndi dastanı
Ruhuma qayıdacaq röyam
Allah rəhmət eləsin, Aslan Kəmərli!
Allah ömür versin, Mirzə Mustafa oğlu!
Sizə minnətdaram, ay elim, ay obam,
ay İncədərəsi-Kəmərli, Qaymaqlı,
Aslanbəyli camaatı!
İsti yuvasından perikən quşlara dönmüşük...
İndi Azərbaycan yuvası dağıdılmış, ocağı sönmüş in-
sanlarla doludur, sinəsi dağlı, gözləri qanlı, ürəyi ahlı
insanlarla, ahıl insanlarla. İnsanların da yuvası dağıdı-
lır, quşların da, hər şey “qurdla qiyamətə qalanların”
olacaq...
Ürəyimdən baş alıb gedən duyğuların dolaşdığı, iliş-
diyi doğma bir yuva da vardı - Qılınckəndi! Həsrət yu-
vası, uşaqlığımızın nağıl dünyası, rəngbərəng göy
qurşağı. Ayşa, Qızxanım nənəmin cəhrəsindən əyrilən
buludların uca-uca dağlar başından əyilib yelləncəyimiz
olan - palıdlı, qaraağaclı, vələsli Qılınckəndim! Çiçək-
lərinin ətrindən arıları şan tutan, igidləri can tutan Qı-
lınckəndim.Zaman-zaman dədə-babalarımızın qoyduğu
və qoruduğu yaddaşnamələri, onların məzarlarını biz-
dən etibarlı saxlayan Qılınckəndim! Alınmaz qalamız
Qılınckəndi dastanı
3
idi aldılar, əyilməz qəddimiz idi əydilər. Suyunu, hava-
sını, qayğısını bizdən əsirgəməzdi, övladlarını üzüqara
adamlar naxələf çıxartdılar.
Vaxtaşırı sinəmizə çəkilən torpaq dağı bizə şəhid
oğullar, şəhid rayonlar, şəhid kəndlər, şəhid evlər verib.
Beləcə yana-yana sınmışıq, qınımıza çəkilib qismət de-
yilən payımızla razılaşmışıq.
İndi isə xatirələrə borcluyuq - dünən odunda, oca-
ğında hənirləndiyimiz, yaylaqlarında gəzdiyimiz, buz
bulaqlarından su içdiyimiz, xəzəzini, qulançarını yedi-
yimiz dədə-baba yurdumuz Qılınckəndinə. Bəlkə də nə-
rgizinin, bənövşəsinin ətri yaddaşımıza hopub qalan ilk
məhəbbət, ilk sevgi idi Qılınckəndimiz. Hər gün kəla-
ğayı dumanlar arasından gördüyümüz o zümrüd taclı
gözəli unutmaq olarmı? Şəhdü-şəkərini bizə əmizdirən
ananı unutmaq olarmı? Ana itkisi heç nədən təsəlli tap-
mır. Onun təsəllisiz, heç kimlə, heç nəylə bu yoxluğuna
ovuna, barışa bilməyən övladlarından biri də hər kəl-
məsi, hər sözü ilə Qılınckəndi deyib, od tutub yanan rəh-
mətlik Aslan Kəmərli idi. Aslan 1984-cü ildən o müdhiş
ölüm gününə qədər verilən torpaqlar uğrunda mübari-
zəsini davam etdirdi. Amma heyf ki, nisgilli getdi, vaxt-
sız getdi Aslan, bizdən, eldən getdi Aslan. O
torpaqlarsız, o meşəsiz, o dağlarsız sanki ümidini, işı-
ğını itirmişdi.
Fəridə Ləman
4
Solum gedib, sağım gedib,
Göy dağda yığnağım gedib,
Qaragöz torpağım gedib,
Daha mənim nəyim qalıb -
deyən Aslan daha sonra yazırdı:
Doğranıb Zoğal talası,
Meşənin hürkək balası,
Kim gedəsi, kim qalası -
Salam, Qılınckəndi, salam.
Gələr bir gün, unutma sən,
Öpüb qara gözlərindən,
Qucaqlayıb deyərəm mən:
Salam, Qılınckəndi, salam.
Eh, ay Aslan, sən də getdin, Qılınckəndi də. O arzu-
larla çağlayıb, indi əbədi susan ürəyində alma ağacları,
zoğal talası doğranmış, arıları yuvasından didərgin
düşmüş, yollarında tikanlar bitmiş, bulaqlarının
zümzüməsi, çaylarının şırıltısı yağıya qismət olan Qı-
lınckəndi dərdini apardın özünlə.
Qılınckəndi dastanı
5
Zirvələri tutubdu çən,
Saçlarına düşübdü dən,
Qılınckəndi, unutma sən,
Aslan kimi balan olub.
Səni unutmaq olarmı, ay Aslan, sən elə bu kəlmələ-
rinlə, torpaq harayınla bizə unutmazlıq öyrətdin. Allah
sənə rəhmət eləsin, Aslan!
... Bəli, əziz oxucum, çox yaxın keçmişdə, sağımız-
dan solumuza dönməmiş keçəl həmzələrdən, oğru div-
lərdən, neçə başlı əjdahalardan fərqli olaraq dövlət
səviyyəli bir nağıl da yarandı “Qılınckəndi” nağılı. Bu
nağılı balalarınız dil açmağa başlayanda öyrədin.
Dünəni bu günə, bu günü sabaha söyləyən kimsə savab
qazanar. Müsəlmanınkı isə savabdır!
Müəllif
Fəridə Ləman
6
Torpağı qorumağı İncəlilərdən
öyrənməliyik
Mən, Fəridə Ləmanın “Qılınckəndi dastanı” kitabını
oxudum. Bu kitabda Azərbaycanın qeyrətli obalarının
asan yolla ermənilərə verilməsi, səriştəsiz rəhbər işçi-
lərin torpağa olan laqeydliyi, eyni zamanda İncədərəsi
əhalisinin qaynar etirazı öz əksini tapmışdır. Çox vic-
danlı, öz canından və qanından qorxmayan İncədərəsi-
nin əhalisi bir qarış torpağını düşmənə verməmək inadı
ilə erməni işğalçıları ilə üz- üzə gəlmiş, bu mərd, qorx-
maz əhali öz sözünü demişdi. Fədakar jurnalist, icti-
mai xadim Fəridə Ləman bu kiçik həcmli kitabında
insan iradəsinin gücünə və insan nankorluğuna geniş
meydan açır.
Bu kiçik lakin çox dərin əhəmiyyətli kitab tarixin
yaddaşıdır: Bu əsərə görə Fəridə Ləmana minnətdarıq.
Fəridə Ləman bu kitabında “Doktorluq müdafiəsi bizə
baha başa gəldi”. “Səsimizə səs verən olmadı” “Barev
axber”, “Torpaq yolunda öləkmi, torpaqları ermənilərə
verəkmi?”, “Növbədən kənar büro”, “İt itin ayağını ba-
smaz”, “Məni pis başa salıblar”, “Ermənilər sizi da-
vaya çəkəcəklər”, “Çörək tutsun sizi”, “Xəritə köhnə
camadanda silahlı milislə gətildi”, “Moskvalı proku-
Qılınckəndi dastanı
7
roru ermənilər “yola saldı”, “Torpaq yerinə heç zibil də
verilməyəcək” yarımbaşlıqları oxucuya çox mətləbləri
başa salır.
Məncə, əgər bütün azərbaycanlılar incəlilər qədər
qeyrətli və inadkar olsaydılar, bəlkə də vətənin bir qarış
torpağı da əldən getməzdi.
İncəlilər torpaqlarını qoyub qaçanlar kimi qaçmadı-
lar. Qaçqınlar indi də yuvası uçurulmuş qaranquşlar
kimi özlərinə yuva axtarırlar.
Biz, qaçqın statusunu almış azərbaycanlılara torpağa
məhəbbəti, torpaq uğrunda mübarizəni incəlilərdən öy-
rənməyi tövsiyyə edirik. Qeyrətli vətən övladlarına eşq
olsun!
Publisist Fəridə Ləman qələmə aldığı “Qılınckəndi
dastanı” əsərində Kəmərli kəndinin münbit meşə zolağı
olan Qılınckəndi meşəsinin xalqın gözü baxa-baxa
incəlilərdən alınaraq erməni işğalçılarına verilməsini
obyektiv şəkildə işıqlandırmışdır.
Kitabın birinci səhifəsində “Ruhuma qayıdacaq rö-
yamı” adlı öz ön söz yazıb. Bu barədə F.Ləman vətən-
daş şair Aslan Kəmərliyə rəhmət oxuyur, Mirzə
Mustafaoğluna və bütün İncəlilərə minnətdarlığını bil-
dirir. Bu minnətdarlıq torpağa vətəndaş sevgisi olan in-
sanlaradır. Bizim Azərbaycan mərd, qorxmaz övladlar
yurdudur. Lakin onlara vaxtında öz qəhrəmanlıqlarını
Fəridə Ləman
8
göstərməyə qoymayan ədalətsiz qanunlar, camaatda az
da olsa bir qorxu xofu yaratmışdı. Qanunların sərtliyi
də bu insanları korşalda bilməmiş, yurd, məzar, dola-
nacaq yerlərini itirməyin ağırlığı bu gündə onları göy-
nədir.
Sovet ölkəsində Sibirə sürgün qorxusu, güllələnmə,
həbs vardı. Onlar qorxurdular ki, Sibirə və o dövrün
gedər gəlməzinə sürgün edilsinlər, onları ilim ilim-itir-
sinlər. Ancaq xalqda Torpaq sevgisi Sibir sürgününə
qorxudan da üstün olmalıdı. Onda vətən basılmazdı.
Əgər vətənsizlər, qaçqınlar hər gün ölürlərsə, onların
şəxsiyyəti təhqir olunur. Onların daxili dünyaları
məngənədə hər gün sıxılır. Əgər yuvası uçurulmuş qa-
ranquş geri qayıtdıqdan sonra özünün yuvasını tapa bil-
mirsə, köhnə yuvasının yerində yenisini tikir. Ancaq bu
xoşbəxtlik qaçqınlara qismət olmur.
Ermənilər İncədərəsinin əhalisinə çox böyük silahlı
hücumlar etdilər, lakin bu onları qorxutmadı, vətəndə
möhkəm dayandılar. Torpağı itirmək ölümdən də be-
tərdir, incəlilər torpağı öz şəxsi həyatlarından üstün tut-
dular. Onlar öz ellərində, obalarında qalaraq öz
adlarına layiq yüksək mövqedə dayandılar. Belə ca-
maatı var olsun!
Torpağını sevən övladlardan qurbanlar tələb olunur.
Əgər yerimizdən bir az da gec tərpənsəydik dərin də-
Qılınckəndi dastanı
9
rəyə yuvarlanacaydıq.
Bəlkə də erməni işğalçıları Kəmərli torpaqlarını “al-
mağa” cəhd etməklə azərbaycanlıların iradəsini yoxla-
yırmış, qismən laqeydliyimiz torpaqların itkisinə gətirib
çıxartdı.
Budaq Budaqov
akademik
Fəridə Ləman
10
Millət fədaisi və “Torpaq ana”…
(Tanınmış ziyalı F.Ləmanın “Qılınckəndi dastanı”
əsəri haqqında düşüncələr)
Azərbaycanın ta nın mış ziyalısı, bilim insanı, şair,
araş tır maçı, publisist, ictimai xa dim fəlsəfə elmləri dok -
to ru, Hacıxanım Fəridə Lə ma nın kitabı haqqında da -
nış madan öncə onun haq qında bir neçə kəlmə demək
yerinə düşərdi.
Fəridə Ləman, doğru su nu söyləsək, ölkəmizin qərb
sərhəddinin qurtardıgı degil, qurtarmadıgı bir bölgədə,
şairlər yurdu, ziyalılar vətəni Qazax mahalında
doğulub. Nədən sərhədimizin qur tar ma dığı dedik? Elə
canını bu torpaqlara diri-diri qurban edən, şəhid olub,
amma ayaqüstə gəzən Fəridə Ləma nın yazdıgı kitabda
bunu dilə gətirib. Fəridə Lə man oxuculara təqdim etdiyi
“Qılınckəndi dastanı” əsə rin də sərhədimizin Qazaxda
qurtarmadığından yazır. De yir ki, əslində bizim sər həd -
lə ri miz İrəvana qədər uzanır. Ger çəktən belədir.
Azərbay can da torpaq qopara qopara nankor ermənilər
özlərinə və tən düzəltmədilərmi? Fəridə namuslu,
qeyrətli bir qəh rə man olaraq daima bunu ya zı larında
dilə gətirir. Bəlkə də “dilə gətirir” ifadəsi Fəri də nin
Qılınckəndi dastanı
11
gördüyü işlərin yanında sönük səslənir. Mən Fəridə
Ləman haqqında xaricdə yaz dığım yazılarda bunları
dəfələrcə dilə gətirmişəm. F.Ləmanı Tomrisə bənzət mi -
şəm. O Tomrisə ki, Azər bay canı qorumaq için canından
çox sevdiyi yeganə evladını belə bu torpaga qurban
verir. Mən Fəridə Ləmana “Canını Azəbaycan uğrunda
fəda edən” demişəm. Millət fə da isi demişəm. Fəridənin
ona verilən bu müqəddəs adları daşımaga haqqı var.
Keşkə Azərbaycanda yaşayan insan ların hamısını
demirəm, sadəcə yarısı Fəridə xanım kimi vətənini,
xalqını sevsəy di o zaman Qarabag da əli mizdən qopub
getməzdi. Mən Fəridə Ləmana “Tor paq ana” deyirəm.
Nədən bu ismi verdim ona? Fəridə Lə man torpaq kimi
yardım edir insanlara. Heç qarşılık, əvəz gözləməz.
Yaşı çox olmasa da Azərbaycanda çox sayda insanın
üzərində haqq-sayı var Fəridənin. Heç zəngin de gil
Fəridə, amma könlü zən gindir, amma nə qədər insanın
əlini çörəyə çatdırıb deyə bilirik. Onların içtimai həyata
atılmalarına, mövqe tutmalarına yol göstərib. Bun ları
saymaqla bitməz. Bu da onu göstərir ki, mən Fə ridəyə
“Torpaq Ana” adını verməkdə yanılmamışam. Çün kü
Fəridə kimə nə yax şı lıq edirsə, torpaq kimi tə mən nasız
edir, əvəz, qarşılıq göz ləmir. Fəridə üçün insan lara
yaxşılıq etmək mənəvi borcdur. Ailəsinin, uşaq la rı nın,
özünün işini yarımcıq qoyar, ətrafında ona ehtiyacı
Fəridə Ləman
12
olanlara yardım edər. Bizim Fəridə belə Fəridədir. Onu
bu xeyirxahlıgına görə dün ya da yaşayan Türklərin
çoxu su tanıyır. Fəridə haqqında xoş söhbətlər Avro -
padan, Rusyadan, Bal kan lardan, Orta Asyadan,
İrandan, özəlliklə Güney Azər baycandan, Gür cüs tan -
dan gəlir. Nə mutlu Fəridə xanıma. Məncə hər bir ziyalı
qadının arzusudur Fəridə Ləmana bənzəmək. Biz də
ona tutdugu bu doğru yolda ugurlar diləyirik. Yolunda
dai ma yaşıl işıq yansın, Fəridə!
İndi də F.Ləmanın “Qı lınc kəndi dastanı” publisistik
əsəri haqqında bir neçə kəl mə danışmaq istəyirirk. Bu
gün artıq XXI əsrin ilk on illi yini bitirmək üzərəyik.
Ədə biyyatdakı modernist üslüblar bildiyimiz kimi II
Dünya Savaşından sonra meydana çıxsa da, biz tikanlı
məftillər arxasında yaşa dı ğı mız üçün bu üslüblarla nə
ta nış olduq, nə də o üslublarda yaza bildik. Rus
senzurası Domoklun qılıncını ba şı mı zın üzərində hazır
tutmuşdu. Bir kəlmə yazan olmuşsa da solugu Sibirdə
almışdı. Amma rus özü modernist üslüblü əsərləri
xaricdən alır, rus dilinə çevirir və tanış olurdu. Çox
şükür bu gün istə diyimizi deyir və yazırıq. Fəridənin
kitabını oxuyuram və deyirəm: Fəridə özünə görə gözəl
bir üslüb yaratmış. Təxminən publisist üslübda yazılmış
bu əsərdə həm bə dii lik, həm tarix var. Yadıma gəlir bir
zamanlar “Ulduz” dərgisində çox gözəl yazılar dərc
Qılınckəndi dastanı
13
olunurdu. Azər bayca nın məşhur yazarları hər han sı bir
mövzu üzərində mü bahisələr edərdilər. Örnə yin, tarixi
roman. Yani tarixi romanda tariximizi necə
işiqlandırmalı? Əsərdə ta rixi lik mi üstünlük təşkil etsin,
bə diilikmi? Tarixi roman ba xı mından mən M.S.Ordu -
ba di, Ənvər Məmmədxanlı, Fərman Kərimzadə, Əzizə
Cə fərzadə, tarixi dram ba xı mın dan B.Vahabzadə,
İ.Əfəndiyev, N.Həsənzadəni bəyənirəm (Adlarını yaza
bil mə diklərimdən üzür dilərəm, yazını yol üstündə
olarkən yazdım). Bu əsərlərdə bəyən di yim məsələ
nədir:-İlk öncə tarixlər və tarixi hadisələr təh rif
olunmayıb. Əgər yazar bu tarixləri quru-quru sa da la -
saydı oxucunu bezdirər, əsər də oxunmaz, yarımcıq
qalardı. Bədiilik tarixi əsərin ədviyatıdır-deyə bilirik.
Ən çox isə duzu və bibəridir. Yazıcı bunlardan o qədər
yerli yerində istifadə edir ki, oxucu tarixi roman oxu -
du ğu nu unudur, əsərdə böyük bir tarixi şəxsiyyətlə,
önəmli bir tarixi hadisə ilə tanış olur, hətta bunlar onun
yaddaşına elə həkk olunur ki, o bunu hiss etmir. Fəridə
xanım əsə ri ni publisistik janrda yazıb. Əsər heç yorucu
deyil. Bax ma yaraq ki, burada tarixi faktlar, quru dillə
yazılmış rəsmi arxiv sənədləri var, bu hadisələri
yaşamış, yəni ha di sə lərin içində olmuş şahid lə rin
xatrirələri var-amma han sı tərəfdən baxsan, bun la rın
heç biri oxucunu yormur, əksinə oxuduqca oxu yursan,
Fəridə Ləman
14
təsirlənip üzülür sən, həyəcanlanıb duy gu la nıb dünyaya
hayqırmaq haq qını tələb etmək, haqsız lıq ların cavabını
tələb etmək istəyirsən. Bunları da deməyə səni məcbur
edən F.Ləmanın fikirləridir:
“Ürəyimdən baş alıb ge dən duyguların dolaşdıgı bir
yuva vardı:-Qılınckəndi. Za man-zaman dədə-baba ları -
mı zın qoydugu və qorudugu yaddaşnamələri, onların
mə zar larını bizdən etibarlı sax la yan Qılınckəndim.
Alın maz qalamız idi aldılar, əyil məz qəddimiz idi
əydilər. Hər gün kələgayılı dumanlar arasından
gördüyümüz o züm rüd taclı gözəli unutmaq olarmı? “.
Fəridə xanım ki ta bının ilk səhifəsində elə ifa dələr,
cümlələr işlədir ki, val lahi, birini belə yerindən
tərpətmək istəmirsən. Oxu cu ları yormamaq, bir də bu
gözəlliyi birbaşa kitabdan dadmaq üçün kitab haq qın -
da fikirlərimi qısa yazıram, amma onları qıraraq yaz -
dı ğım üçün özümü də ba gış la mı ram. Fəridə kimi bu
tor pag ugrunda şəhid olan bi ri də var, yuxarıda dedik,
Fəridə nəfəsi üstündə gəzən canlı şəhiddir, onunla bir
də bu agır dərdi çəkə bilməyən, haqqa yürüyən bir insan
da vardi. Xalqımın qeyrətli oglu Aslan Kəmərli. Fəridə
dər di ni A.Kəmərlinin misralarıyla dilə gətirir:
Solum gedib, sagım gedib,
Göydagda yıylagım gedib.
Qılınckəndi dastanı
15
Qaragöz torpagım gedib,
Daha mənim nəyim qalıb.
Və bir də bunları deyir məzarı nurla dolan Aslan bəy:
Doğranıb Zoğal talası,
Meşənin hürkək balası,
Kim gedəsi, kim qalası,
Salam, Qılınckəndim, salam!
Bu yerdə sadəcə bunu de mək olar:-Aslan Kəmər li nin
narahat ruhunu rahatlıga qovuşdurmaq üçün silaha
sarılmaq vaxtıdır, Qılınc kən di dığalardan almaq la zım -
dır. Dığalar nə bilir Qı lıckəndin dəyərini, qiy mə ti ni?
Onlar onun muqəddəs top raq oldugunu nədən bil sinlər.
Onlar üçün bu torpaq sad əcə qara torpaqdır. Azər bay -
can üçün, özəlliklə, qəlbi təmiz, şair ruhlu, igid Qazax
camaatı üçün bu torpaq ta rix dir, yaddaşdır, sal na mə -
dir, müqəddəsdir.
Fəridə Ləman kitabında tarixə baş vurur. Moskvada
önəmli kresloları zəbt eləyən, dilində “SSRİ-də yaşayn
bü tün xalqların hüququ bə ra bər dir”-deyən erməni kon -
ya kı içib ürəklərində hər za man ermənilərlə qardaş olan
rus şovinistləri 1984-ci ildə ermənilərin torpaq arzusunu
yerinə yetirərək Qazagın xeyli torpagını Ermənistana
Fəridə Ləman
16
verdi. Bu torpaq Ermənistana əkib-biçmək üçün lazım
deyildi. Onlar Qazaxlılar kimi torpaq adamı deyillər
ki. Onların işi yaltaqlıq edə edə ayaq qabıcılıq,
dülgərlik, bərbər likdir. Özlərinin dediyi kimi onlar bu
torpaqları Azərbay candan qoparmaqla 1915-ci ildə
Türkiyədə onlara qarşı olmayan (özəlliklə, olmayan
deyirəm) soyqırımın qisasını alırdılar. Bir də həsrətini
çəkdikləri Türkiyənin -Ana do lunun rüzgarını buradan
qoxlamaq istəyirdilər. Am ma, heç darıxmasınlar.
M.Ara zın dediyi yatmış vul kan bir gün ayılacaqdır, o
günə az qalıb. Dığalar yol çantalarını hazır qoysunlar.
hazırlanıb, nə zaman verilib-hamısı yerli yerindədir. Fə -
ridə bunları bir zərgər də qiqliyi ilə edir. Xalqımın
geyrətli qızı qorxmadan bu işi edənlərin adını çəkir, in -
sanların xatirələrini qələmə alır. Mən də düşüncələrimi
Fəridə xanımın fikirlərinə qataraq torpagımızı dığalara
“hədiyyə edib” rus hökü mətinin qarşısında Cəlil
Məmmədquluzadənin qəh rəmanları kimi quyruq bula -
yan insanlara nifrətimi bu cüm lələr vasitəsiylə bildi ri -
rəm. Bu insanlar bir tərəfdən Cəlil Məmmədquluza -
dənin qəhrəmanıdırlarsa, bir tə rəf dən Ç.Aytmatovun
əsərin də ki manqurtlardır. Bir yandan da bunlar
M.Ə.Sabirin qəh rəmanlarıdır:
Qılınckəndi dastanı
17
Millət necə tarac olur
olsun nə işim var,
Düşmənlərə möhtac olur
olsun, nə işim var.
F.Ləman bu əsəri yaz maq la böyük mütəfəkkirlərin
fikirlərini davam etdirmişdi.
F.Ləmanın əsərində Azər baycanın dünyaca ünlü
folk lorçusu prof.Mürsəl Hə ki movun araşdırmalarına
da yer vermişdir. Mürsəl Bəyin elmi araşdırmalarında
ermə nilərə “hədiyyə edilən” əra zidəki meşələrin,
dagların, qalaların, bulaqların adları çəkilir, onlar
haqqqında ge niş məlumat verilir. Bir də əsərin diqqəti
çəkən yön lə rindən biri də Fəridə xanımın hadisələri
kiçik başlıqlar al tında verməsidir. Məsələn: “Səsimizə
səs verən olmadı”, “Barev axber”, “Torpaq uğ runda
öləkmi?, “Tülkü həccə gedir”, “Prokurorluq fəaliy yətə
başladı”, “İt itin ayagını basmaz”, “Nəyə görə?”, “Ça -
naq başımızda çartladı”, “Qarabagın maralı”, “Çörək
tutsun sizi” və s.
Baxın, başlıqlar bir bi rindən fərqlənir. Bəziləri ədə -
bi başlıqdır, bəziləri xalq ifa dəsi-deyim, bəziləri tama -
mən folklordur. İroniyalı başlıqlar da coxdur. Əsərin
başlıqlar halında olması oxu cunu yormur, diqqətini
çəkir, məzmuna maragı artırır.
Fəridə Ləman
18
Son olaraq: Əslində daha geniş yazardım, çünkü əsər
candan yazılıb və o qədər aktual ki. Bu gün bizim üçün
ən önəmli olan hadisələr dilə gətirilib. Yəni Fəridə
xanım çox güncəl və həyatımızın ən önəmli məsələsi
olan “şəhid” torpaqlarımızdan söz açır. O yerdə ki,
mövzu düşmən əlin də əsir olan torpaqlarımızdır-gərək
özünü Azərbaycan xalqının övladı sayan hər bir insanın
qəlbi titrəsin, damar larındakı qan “intiqam” deyə
çaglasın. Belə etməsək, artıq o torpaqlar düşmən tap -
da gında qalacaq. O zaman isə ana dediyimiz bu
torpagın suyu, çörəyi bizə halal olmaz. Fəridə Ləman
“Qılınckəndi dastanı” əsəriylə qulagımıza pıçıldayır:-
Qeyrət dəmidir. Qoca vulkan püskürmək za manıdır.
Biz fil qulagında yat saq, gələcək nəsillər “Qı lınckəndi
dastanı” kitabını oxu yar və bizi nifrətlə xatırlar.
Və bir də bu qiymətli kitab Avrupa və Şərq xalq -
larının dillərinə çevrilərək dünyaya yayılmalıdır. Qoy
hər zaman “gözüyaşlı, yazıq” erməniləri dinləyən,
onlarin halına yanan, tərəfini saxlayıb onlara yardım
edən insanlar görsünlər ki, “bu yazıqlar” aglaya-aglaya
on la ra daima əl tutan Azər bay can adlı xeyirxah qon -
şu suna namərdlik edərək ondan nə qədər torpaq
qopartmış, eyni zamanda onları soyqırım et miş lər. Qoy
dünya bu gercəyi oxusun və görsün. O zaman baxaq
görək ki, yenə dünya ermənilərəmi inanacaq, ya haqq
Qılınckəndi dastanı
19
səsi basdırılan Azər bay canamı?
Xalqımın qeyrətli qızı Fə ridə Ləman! Ürəyinə, qələ -
minə qüvvət! Allah köməyin olsun. Sadəcə Qazax
camaatı deyil, Qərb bölgəmiz deyil, Şimallı-Cənublu
bütün Azər baycan və bütün Türk dün yası səninlə fəxr
edir. Qey rətinə, xeyirxahlıgına, tə miz ürəyinə görə səni
çox se virik Fəridə. İşin avand, yo lun açıq olsun. Ziyarət
et di yin müqəddəs ziyarət gahlarda yatanların ruhu hər
zaman köməyin olsun!
Dos.Tamilla Abbasxanlı
Eskişeher Osman Qazi Üniversitetinin müellimi,
Eskişeher, Türkiye, 26.08.2010
Fəridə Ləman
20
Od var onu su sön dü rür,
od da var...
Od var onu su sön dü rür, od da var onu heç nə sön dü -
rə bil mir.
Bu fi kir pub li sist, fi lo lo gi ya elmlə ri na mi zə di Fə ri də
Lə ma nın “Tor pa ğın yad da şı” ki ta bı nı oxu yar kən gəl di -
yim qə na ət dir. Bu, tor paq yan ğı sı, qey rət yan ğı sı dır. Yur -
du muz da baş ve rən bü tün son ra kı qəsblə rin, tor paq
“bö lüm lə ri nin” baş lan ğı cı olan Qa zax ma ha lı nın Kə mər -
li tor paq la rı nın bö lü mü” haq qın da “Tor pa ğın yad da şı”
ki ta bı nı yan ğı sız oxu ya bil mir sən.
Ki tab mü əl li fin ürək dağ la yan ön sö züy lə açı lır. Onun:
“Həs rət yu va sı”, “na ğıl dün ya sı”, “ilk mə həb bə ti” gö -
zəl lik yur du olan, nər gi zi nin, bə növ şə si nin ət ri yad daş -
la ra ho pan, dağ la rı du man ör pək li, sə rin yay laq la rı buz
bu laq lı Qı lınckən di me şə si nin ha ra yı na mən də:
Qı lınckən di!
Can yan ğıs ı,
Ürək da ğı -
Ol dun er mə ni yay la ğı.
Ürə yi mə bir od düş dü,
Qılınckəndi dastanı
21
İn di adın da də yiş di.
Meşələrin talan oldu,
Bol sər və tin düş mənlərə,
Dərdin bizə qa lan ol du -
de yib Kə mər li ca ma a tı nın yan dı ğı oda ya nı ram, tüs -
tü mü gö rən yox dur. “Tor pa ğın yad da şı” ad lı 47 baş lıq -
dan iba rət Bö lüm əh va la tı”nı oxu duq ca “tor paq yo lun da
ölək mi, tor pa ğı er mə ni yə ve rək mi?” - de yən və tor pa ğı -
mı zın ve ril mə mə si üçün mü ha ki mə olu nan, ölən ki şi lə rin
əziz xa ti rə lə ri qar şı sın da diz çö küb baş əyir sən. İda rə
ba şın da otu rub öz mə na fe yi ni xalq mə na fe yin dən üs tün
tu tan, azər bay can lı adı nı da şı yıb onun tor paq la rı nı ta -
mah kar er mə ni lə rə sa tan la rın mil li duy ğu dan məh rum
ol ma la rı na bax ma ya raq, on la rın be lə mə sul və zi fə lər tut -
ma ğı na mat qa lır san və de yir sən:
Ya zıq mil lət!
Nə xə bə rin var dır sə nin:
Ki mi da nıb,
Ki mi üzə çı xa rır lar.
Ki mi mü qəs sir ey lə yib,
Ki mi dü zə çı xa rır lar.
Yü zü bi rə en di rə rək,
Bi ri yü zə çı xa rır lar.
Fəridə Ləman
22
Bu ra da xalq şa i ri Qa bi lin “Səhv dü şən də ye ri miz” şe -
ri də ya da dü şür. Bə li! Ye ri miz səhv dü şən də “cib ağa -
la rı” xal qı mü si bət lə rə sa lır lar.
Yox, rəh bər iş lər də on la rın ha mı sı nı bir öl çü ilə ölçmək
də haq sız lıq olar. On la rın ara sın da “ye ni xə ri tə”yə zidd ge -
dən lər də olub ki, ki tab da bun lar haq qın da də qiq mə lu mat
var. So vet qu ru lu şu döv rün də “aşa ğı da kı la rın” “yu xa rı la -
ra” eti raz la rı döv lə tə xə ya nət ki mi qiy mət lən di ril di. Bu na
bax ma ya raq, qey rət li ki şi lər heç bir məh ru i miy yə tə, on la rı
göz lə yən cə za təd bir lə ri nə mə həl qoy ma dan, də də-ba ba tor -
paq la rı nı er mə ni tor paq la rı ki mi təs diq edən lə rə ra zı lıq ver -
mə yib, haqq söz lə ri ni de mək dən çə kin mə di lər. Ki tab da
“Xə ri tə köh nə ça ma dan da si lah lı po lis lə gə ti ril di” bəh si ni
oxu yar kən dəh şə tə gə lir sən. 1984-cü il də Qa zax ra yon par -
ti ya təş ki la tın da: “Mən tor paq sat qı nı ki mi şə rəf siz adı heç
vaxt üs tü mə gö tür mə rəm. Bu na gö rə ən ağır cə za al ma ğa
ha zı ram” - de yə çı xış edən Kə mər li kənd Xalq De pu tat la rı
So ve ti İc ra iy yə Ko mi tə si nin səd ri Mir zə As la no va işin təş -
ki lat çı sı ki mi ci na yət işi qal dı rıl dı. M.Ə. Sa bir de miş kən,
“Kim nə de yər biz də olan qey rə tə”. Ba xın ki, onun Ba kı və
Moskva pro ku ror lu ğu nun nü ma yən də lə ri tə rə fin dən din di -
ril mə si ilə ki fa yət lən mə yib iki nə fər er mə ni pro ku ro ru nun
mü ha ki mə si nə də ve rir lər. Kən din sov xoz di rek to ru İsa Bə -
bi rov və zi fə sin dən azad edi lir, ne çə hek tar lar la tor paq lar
Qılınckəndi dastanı
23
er mə ni lə rə ba ğış la nı lır. “Kəs di yi miz çö rək bi zə ha ram ol -
sun” - de yən mərd ki şi lər par ti ya dan qo vul maq, həbs olun -
maq ki mi ağır cə za lar dan çə kin mir lər. Və tən pər vər lik
hisslə ri, tor paq yan ğı sı, ürə yi tor pa ğın nəb zi ilə bir gə vu -
ran, me şə si, bu laq la rı ki mi saf in san la rın is tə yi tüğ yan et sə
də, sat qın lar öz iş lə ri ni gör dü: al tı-üs tü də fi nə do lu ta ri xi
bir yurd olan Kə mər li nin 22 me şə zo la ğı, gil, gəc, ko balt,
mis və qı zıl la zən gin 14 da ğı, 28 ad da su yu loğ man bu laq -
la rı, 5 qə dim qa la sı və da ha nə lə ri... tə mən na sız er mə ni lə -
rə ve ril di, er mə ni tor paq la rı na il haq olun du.
Ki tab da alo vu muz ba şı mız dan çı xa-çı xa oxu yu ruq:
“Er mə ni lər tor paq la rı biz dən asan lıq la qo pa ran ki mi
dər hal ope ra tiv ola raq işə baş la dı lar. Də də-ba ba qə bi -
ris tan lıq la rı nı dar ma da ğın edib, bul do zer lər lə me şə lə ri
qı rıb əkin yer lə ri dü zəltdi lər”. Və be lə lik lə, tor paq la rı -
mı zı qəsb edə-edə öz doğ ma mı za bi zi həs rət qoy du lar.
Ye ni ad də yiş mə, ad qoy ma mə ra sim lə ri ke çir di lər. Bu
dağ qəl bim dən çıx maz”.
Fə ri də xa nım! Bu dağ nə sil-nə sil qəl bin də və tən mə həb -
bə ti, tor paq qey rə ti olan hər bir azər bay can lı nın qəl bin dən
çıx ma ya caq.
Hör mət li oxu cu! “Tor pa ğın yad da şı!” ad lı bu ki tab
adi ki tab de yil. Bu Kə mər li “bö lü mü” şöh rət li “Qa ra -
bağ”, 7 pa ra axar-ba xar lı, dağ lı, me şə li, əkin yer li Qa -
zax tor pa ğı nın, Nax çı van Sə də rək qə sə bə si nin fa ci ə li
Fəridə Ləman
24
baş lan ğıc ta ri xi dir.
O za man kı üz də ni raq rəh bər lə ri mi zin də ya nət siz li yi,
və zi fə pə rəstlik lə ri üzün dən Kə mər li tor paq la rı nı asan
alan er mə ni lə rin diş lə ri qa na bat dı ğı üçün, son ra kı yü -
rüş lə rə baş la dı lar. Odur ki, mü əl li fin de di yi ki mi, “bu
acı hə qi qə ti” qis mən də ol sa, xal qı mı za çat dı ran bu ki -
tab küt lə vai ti raj da nəşr edi lib mək təb lər də, dö yüş çü lər
ara sın da, ida rə və yük sək tə bə qə lər də dö nə-dö nə mü za -
ki rə olun ma lı dır.
Mir va rid Dil ba zi, Xalq şa i ri
“Azər bay can” qə ze ti, 29 mart 1998
Qılınckəndi dastanı
25
O bizim ən zəngin qızımızdı
Ən çox məni ona bağlayan məsələlərdən biri də
publisistik yazılarıdı. “Torpağın yaddaşı” adlı kitabına
məqalə də yazmışdım. Bu məqalə “Azərbaycan”
qəzetində çap olundu. Kitab mənim nöqteyi-nəzərimcə
gərək çoxlu mükafat almış kitab olaydı. Çünki bu kitab
çox milli ruhda yazılmış, mübarizəyə qələmini silah
eləmiş, heç nədən çəkinməyən bir qələm sahibinin -
Azərbaycan qızının əsəridi. Burada elə məqamlar var
ki, adam oxuyanda ağlamaq istəyir. Və mən öz
məqaləmdə yazmışdım ki, bu əsər bir neçə dillərə
tərcümə olunsun, bir neçə ölkəyə getsin.Xalq bilsin ki,
bizim Kəmərlinin meşəli, dağlı, bulaqlı, çaylı, çeşməli
torpaqları nə şəraitdə erməni torpaqlarına ilhaq olundu.
Bunu Fəridə xanım elə ürək ağrısı ilə yazıb ki,
oxuyanda ürəyin yanmağa başlayır. Məni bir şey çox
kədərləndirir ki, bu kitab Fəridə Ləmanın kitabı deyildi,
bu kitab bizim yaralı tariximizin səhifələrindən biridir.
O vaxt sovet dövlətinin qılıncının dalı, qabağı kəsəndə
millət sözünü deməyə cürətimiz çatmadığı vaxtda xalq
kəndli üsyanı kimi torpağını müdafiəyə qalxdı. Fəridə
xanım da heç nədən qorxmayaraq xalqın bu üsyanını
oxuculara çatdırdı. Və mən təccüb edirəm ki, bu kitab
Fəridə Ləman
26
nə üçün respublikamızda təbliğ olunmadı? Bu kitab
gərək məktəblərdə oxunaydı. Tələbələr qəsb olunan
torpaqlarımızdan, düzlənən qəbirstanlıqlarımız dan,
qırılan meşələrimizin ermənilərə əkin yeri olmasından
xəbərdar olardılar. Bəs milli duyğunu necə inkişaf
etdirmək olar?
Xalq şairi Mirvarid Dilbazi,
5 dekabr, 1998
Qılınckəndi dastanı
27
“Torpağın yaddaşı” və
yaddaşsızlığın faciəsi
Jurnalist Fəridə Ləmanın “Torpağın yaddaşı” kitabı
xalqın, torpağın taleyinə laqeydliyin törətdiyi ağrı və
acıların ifşasına həsr olunmuşdur.
Kitabın səhifələrində özünə yer tapmış tarixi sənədlər
bu günümüzə və gələcəyə aid çox-çox mətləblərdən
xəbər verir.
Oğuz-türk yurdu Qazax torpağının alovlu təəssübkeş
şair vətəndaşı Aslan Kəmərlinin ruhuna həzin bir
elegiya ilə başlanan kitabda “İncə dərəsi” adı ilə
Azərbaycan tarixinin səhifələrində özünə şərəfli yer
tapmış Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərində
1984-cü ildə baş vermiş hadisələr diqqətlə açıqlanır,
insanı düşünməyə, mərdlik və cəsarətə ehtiram hissinə,
mili simasızlağa, satqınlığa və qorxaqlığa nifrətə
çağırır.
Əsərdə hər kiçik başlıq özünün mənasına görə böyük
bir əsərə mövzu ola biləcək mətləblərdən söhbət açır.
“Doktorluq müdafiəsi bizə baha başa gəldi”, “Geri
dursaq kəsdiyimiz duz-çörək qənim olar”, “Barev
Axber”, “Tülkü həccə gedir”, “Moskvalı prokuroru
ermənilər yola saldı”, “Torpaq yerinə heç zibil də
Fəridə Ləman
28
verilməyəcək”, “Ot kökü üstə bitər”, “Yağı şora
dəyişdilər”, “Bu dağ qəlbimdən çıxmaz”, “Alma bağı”
adı ilə yazılmış bəzi publisistik başlıqlarda məna
dərinliyi, yaddaşlarda yaşamalı olacaq ibrətamiz
ştrixlər, hədəfin düzgün seçilməsi ilə diqqəti cəlb edir.
“Torpağın yaddaşı”nda əslində Qarabağ faciəsinin
cizgiləri, tarixi kökləri üzə çıxır. Sənədlərin
təkzibolunmaz dili oxuculara belə bir həqiqəti aşılayır
ki, Azərbaycan torpaqlarına göz dikən erməni
daşnakları daim xaç qardaşlarından dəstək almışlar.
Bütün tarixi dövrlərdə xammal bazası olan
Azərbaycana Rusiyada ögey münasibət bəslənmişdir.
200 ildir gah çar, gah da kommunist libası geyən
imperiyanın Qafqaz siyasəti dəyişməz qalmışdır.
Zaman-zaman gah gizli, gah da aşkar üzə çıxan bu
siyasətin məkri “Torpağın yaddaşı”nda çox incəliklə
vurğulanmışdır.
“Xəritə köhnə çamadanda silahlı milislə gətirildi”
başlığı ilə qələmə alınmış açıqlama olduqca
ibrətamizdir. Moskvalı prokurorun hələ 1891-1892-ci
illərin yer quruluşu planında, 1895-ci ildə tərtib edilmiş
xəritədə Azərbaycan torpağı kimi qeyd olunmuş 2105
hektar Qazax torpağının 1961-ci ildə xəritədə
saxtakarlıqla erməni torpağı adlandırılmasına göz
yumması adi məsələ deyildir. Ermənilərdən “haqqını
Qılınckəndi dastanı
29
alıb” Qazaxda gözlənilsə də, oraya gəlməyən bu
məmurun hərəkəti, daşnakların əl quzusuna çevrilməsi
Moskvaya şikayətə gedənlərin məyus halda geri
qayıtmaları mərkəzin ermənipərəstliyini sübut edən
danılmaz sübutlardır.
Şimalın ətəyinə sığınıb doğma torpağına xəyanət
edənlər, Moskvadan “nicat” gözləyənlər bu həqiqəti
daim yadda saxlamalıdırlar. “Növbədənkənar büro”
nun publisistik açıqlamasında torpaq namusunu əziz
tutan, bu yolda cəza və təhqirlərə məruz qalanlar, kənd
sovetinin sədri M.Aslanov, sovxoz direktoru İ.Bəbirov,
partkom C.Yolçuyev və DİŞ-nin rəisi R.Baqişev, Xalq
Nəzarəti Komitəsinin sədri A.Vəliyeva öz çıxışları ilə
xalqımızın qeyrətini, ləyaqətini üzə çıxardığı kimi,
yuxarılara qulluq göstərməyi üstün tutan “ehtiyatlı”
ziyalıların olduğunu da xatırladır. “Növbəti büro” isə
əslində Azərbaycan torpağının bölünməzliyi, ərazi
bütövlüyü uğrunda 80-ci illərdə ilk dəfə mübarizəyə
qalxan, üsyan edən incəlilərin və onların səsinə səs verən
oğullarının mühakiməsi təsirini bağışlayır. Bu
mühakimə dolayısı ilə düşmənin torpaq iddiasına
“xeyir-dua” vermək idi. Büronun gedişi aydınca
göstərir ki, onun ssenarisi yuxarılarda hazırlanmışdır!
“Torpağın yaddaşı” kitabı torpaq uğrunda ölüm-
dirim mübarizəsinə hazır olan aşağıların əzmini,
Fəridə Ləman
30
dəyanətini təsdiq etdiyi kimi, yuxarılarda əyləşən bəzi
manqurtların, sapı özümüzdən olan baltaların düşmən
qabağında göstərdiyi cılızlıq və qorxaqlığı, imperiya
nökərçiliyinə aludəliyin faciəsini də aşkarlayır.
Kitabda gələcək nəsillər üçün örnək olacaq fikirlər
kifayət qədərdir.Ümumiyyətlə, publisist, yazıçı Fəridə
Ləmanın hadisələrə yanaşma qabiliyyəti, fikri ifadə
etmə tərzi, üç-dörd sətirdə belə hədəfi düzgün müəyyən
etmək, oxucunu düşündürməyə nail olmaq səyi kitabına
bədii əsər təsiri bağışlamasına imkan verir.
Sonda “Ziyalı sözü”, professor Mürsəl Həkimov”
başlığı ilə verilmiş “Meşələr”, “Dağlar”, “Bulaqlar”,
“Qalalar” haqqında açıqlamalar diqqəti cəlb edir. Xalq
yaradıcılığının fundamental tədqiqatı sahəsində sanballı
xidməti olan görkəmli alimin bu ərazidəki yer adlarına
dair mülahizələri oxucuda doğma torpağa məhəbbət
hissi aşılamaq baxımından qiymətlidir. Professor
M.Həkimovun söyləmələri böyük şairimiz S.Vurğunun
“Hər daşın altında bir tarix yatır” fikrini bir daha
təsdiq edir. Torpaq uğrunda uşaqdan böyüyə ölüm-
dirim mübarizəsinə qalxmış incəlilər bu yolda qurbanlar
verməkdən də çəkinmədilər. Lakin imperiyanın qorxu
xofuna və “beynəlmiləlçilik” xəstəliyinə yoluxdurulmuş
xalqımız “İncə üsyanı”na qoşula bilmədi. Azərbaycanın
ərazi bütövlüyü uğrunda mübarizə aparanlar hiyləgər
Qılınckəndi dastanı
31
düşmən və manqurt qüvvələr qarşısında tək qaldılar.
Əziz oxucular! Xalqımızın tarixində şərəfli yer tutan
“İncə hadisələri” haqqında “Torpağın yaddaşı”nda
əksini tapan acı həqiqətləri oxuyun. Bu kitab, bizi
unutqanlıq və yaddaşsızlığın törətdiyi faciələri
öyrənməyə, üç rəngli müqəddəs bayrağımız, müstəqil
Azərbaycanımız uğrunda ayıq-sayıq olmağa, azadlığın
qiymətini dərk etməyə çağırır.
İsa VEYSOV,
fizika-riyaziyyat elmləri namizədi
Fazil ƏLİYEV,
filologiya elmləri namizədi,
“Dəli Kür” qəzeti 1996
Fəridə Ləman
32
Qəbirlər çəkəcək bizi,
yaxud “Batdaqlı bulağın” suyu
Torpaq hərraca qoyulmuşdu. 2105 ha. Azərbaycan
torpağından kəsilib Ermənistana (?!) verilməliydi.
Əvəzində 112,3 ha. torpaq Ermənistandan (?!) bizə
keçməliydi.
Bu torpaqların 1,45 ha. qəbiristanlıq sahəsiydi…
***
...Uşaq vaxtı qəbiristanı barmaqla göstərmək
istəyəndə böyüklər qoymazdılar, deyərdilər ki, onda
qəbirlər adamı çəkib aparır.
Onda bu sözlərə inanırdıq-uşaq idik. Böyüdük,
qəbiristan yerini barmağımızla nişan verdik: bax, o
qəbir yerlərini də istəyirlər, dedik. İnanmadıq ki,
düşmənə qalası qəbiristanları sadəcə, barmaqla nişan
verəndə o qəbirlər çəkəcək bizi.
İnanmadıq, ona görə ki, böyümüşdük.
***
...Mən əfsanələrə inanıram!
Lakin bir əfsanə var, ona inana bilmirəm. Deyirlər,
qədim Hun hökmdarı Mete Xaqandan əvvəlcə atını
istəyirlər, verir, arvadını istəyirlər, verir.
Bir ovuc yararsız torpağını istəyəndə qılınc çəkib
Qılınckəndi dastanı
33
ayağa qalxır və torpaq itirməyi namussuzluq sayır.
Qəribədir, at gedir-guya bu namusdan deyilmiş. Arvad
gedir-bunun da namusa dəxli yoxmuş elə bil. Halbuki,
at da, arvad da, torpaq da namusdandır. Atını, arvadını
qoruya bilməyənin torpağını qoru ya ca ğına inanmaq
olmur! Necə ki, Kəmərli torpağı getməmişdən qabaq
əvvəlcə Kəmərlinin bir ağbirçəyinə əl qaldırılmışdı. Özü
də kim?! Respub li ka nın rəhbərlərindən biri. Nazirlər
Soveti sədrinin birinci müavini Ş.Rasizadə. O adam ki,
Kəmərli camaatını “Barev axper!” deyib təhqir etmişdi.
Bəli, biz tərbiyə götürdüyümüz qədim bir əfsa nə nin
mahiyyətinə deyəsən, o qədər də düzgün var ma mı şıq.
Bəli, kənd sakini bir qadın, Rasizadəyə “ay satqın,
buraya torpaq verməyəmi gəlibsən?” deyəndə o, həmin
qadını itələyib yıxmışdı. Necə deyərlər, torpaq davası
üstdə onda da əvvəlcə bir qadın “qurban” seçilmişdi.
Qadın itələnmişdi və … Mete əfsanəsindən fərqli
olaraq, yazılmamış kişilik əxlaqıyla silahlanmış xalq
ayağa qalxmış, qadına əl qaldırmaq cəhdini torpağa
olan qəsd kimi qiymətləndirmişdi. Demək istəmişdi ki,
nə atdan, nə arvaddan, nə də torpaqdan keçəsi deyilik.
Birindən keçmək hamısından keçmək deməkdi. Bu
hadisə tariximizə 23-24 oktyabr 1984-cü il Kəmərli
üsyanı kimi daxil oldu.
Və maraqlıdır ki, bu hadisəni kitab halında yazıb çap
Fəridə Ləman
34
etdirən, yaddaşlara daha möhkəm həkk etmək istəyən
də qadındır, anadır, şair-jurnalist, publisist, alim
bacımız Fəridə Ləmandır.
Mən Fəridə Ləmanın yazdığı “Torpağın yaddaşı”
kitabını oxuduqca bir fikrimdə yanılmadığımı dərk
etdim. Torpaqdan keçməmək istəyirsənsə, anandan,
bacından muğayat olmalısan, hər şeydən əvvəl!
Və bu tarixi əsərdə Azərbaycan qadınının xarak te -
rik xüsusiyyətlərini əks etdirən obrazları görəndə ürə -
yim dağa döndü.
Erməniyə satılmış rəhbərə “Satqın!” deyən ağbir çək
anaya baş əydim.
Kəmərli hadisələrinə münasibətində ədalətli
mövqedən çıxış etmiş Ayişə Vəliyevaya ürəyimdə
“Əhsən!” dedim.
Hələ 1960-cı ildə sərhəd pozuntusu üstə Kə mər li də
kolxoz sədri olmuş qarabağlı qızı Həqiqət Həsə no va bir
tərs şilləsiylə ermənini öz cızığına qaytar mışdı.
Bəs bu qadınların kişiliyi önündə bəzi üzdəniraq
“kişilər” neyləmişdi?!
Neyləyəcəklər? Uşaq vaxtı atasının buxara papağını
başına qoyub məktəbdə itirən bir adam (K.Bağırov!)
sonralar respublikamızın birinci katibi olub torpaq
“davasında” ayağa qalxmaq əvəzinə ayağa düşmüşdü.
Demişdi: “Mən çox axtardım, o papağı tapa
Qılınckəndi dastanı
35
bilmədim, siz də ömrü boyu bu torpaqlar (fikir verin:
torpağımız demir!) yadınıza düşdükcə ağlayacaqsınız.
Bu işə mənim gücüm çatmır, imkanım xaricindədir.
Belə anda elə bilin ki, o torpağı mənə pay verirsiniz”
Üzə baxın, sözə baxın. Belə də olmalı deyildimi?
Atını, arvadını verəndə “namus”dan dəm vuran qədim
Hun hökmdarının iki min ildən sonra dünyaya gələn
“vərəsəsi” başqa cür ola bilməzdi! Bir papağı qoruya
bilmədiyi halda, böyük bir məmləkətə başçı
qoyulmuşdu. Papağını itirən torpağını da itirməliydi.
Atını, arvadını müdafiə edə bilməyənin torpağını
müdafiə edəcəyinə mən heç vaxt inanmamışam.
İşə bax, uşaqlıqda itən papağı yada düşəndə ağlayan
adam torpağımızı düşmənə bağışlayandan sonra
“təbrik edirəm!” deyib. Kimi, nəyi? Torpaq üstündə
canlarını qoyanda əllərindən partbiletləri alınmış
adamları. Əsl kişiləri, qəhrəmanları. Nədən ötrü?
Partbiletlərini geriyə qaytardığı üçün.
Aman Allah, gedən torpağı yox, gedən partbileti
qaytarmaqla məşğulmuş bizim bəzi yazıq başbilən lə ri -
miz!
Hələ bu nədir ki? Azar bir olsa nə vardı ki! Torpaq
vermək mərasimi başa çatandan sonra Kəmərli
kəndinin “Eyyublu quzey” deyilən yerində erməni lə rə
bizimkilər qonaqlıq verib. Gedən torpaqlar da bizim
Fəridə Ləman
36
olub, kəsilən erkəklər də, açılan süfrələr də.
Əvəzində isə ermənilər arxası Kəmərliyə şəkil
çəkdiriblər.
Tariximizin bu faciəli anlarını F.Ləman ürək
ağrısıyla qələmə almışdır. Kitabda maraqlı bir lətifədən
istifadə olunmuşdur.
“...Deyirlər, bir kəndlinin dəvəsi itir, o, mahnı oxuya-
oxuya dəvəsini gəzirmiş. Gəlib bulaq başına çıxır,
qızlardan su istəyir. Qızlar ona su verib soruşurlar ki,
ay əmi, nə gəzirsən? Kəndli deyir ki, dəvəmi itirmişəm,
onu axtarıram. Qızlar deyir: Ay əmi, dəvəsi itənin kefi
belə olmaz. Kəndli deyir ki, a qızlar, mənim ümidim var
ki, dəvəm o görünən dağın ətəyindədir. Kef onda olacaq
ki, dəvəni orada tapa bilməyim. Siz əminizin kefinə
ondan sonra baxarsınız”.
Doğrudan da bu gün biz həmin dəvəsi itmiş kişinin
günündəyik. Ümidimiz vardı ki, dərd bircə Kəmərli
dərdi olacaq və gedən torpaqları geri qaytaracağıq.
Lakin Kəmərli camaatı ayağa qalxanda Azərbaycan
yatırdı. Necə deyərlər qalxmağa qoymadılar. Amma
Kəmərli torpağının dalınca elliklə getməliydik.
Yaşadıq guya bir böyük vətəndə,
Bilmədik, bir verir, iki aparır.
Getmədik dalınca torpaq gedəndə,
İndi torpaq bizi çəkib aparır.
Qılınckəndi dastanı
37
Ümidimiz vardı ki, dərd bircə Bağanıs-Ayrım faciəsi
olacaq. Ümidimiz vardı ki, bir qarış torpaqdan da
keçməyəcəyik!
Ümidimiz vardı ki, dəvəmiz görünən dağın
dibindədir. (Görünən dağın dibi isə yaxındadır). Dəvəsi
itmiş kişi elə bilirdi görünən dağ dünyanın o başındadır
(Ona görə də hələ mahnı oxuyurdu) O kişi hələ də
oxuyur.
Qızlar bir dəvəsiz dağa baxdılar, bir də canı mah nı -
sında olan kişiyə. Ağlamaq istədilər onu. Birdən nə
fikirləşdilərsə, dəli kimi oxumağa başladılar. Və o dəvə
tapılana, o kişi sevincdən ağlayana kimi yəqin ki, beləcə
də oxuyacaqlar…
...Küçəylə başına təzə buxara papaq qoymuş bir kişi
gedirdi. Vallah, baş aça bilmədim, papağımı bö yük idi,
özümü. Daha doğrusu, papağımı yekəydi, özümü!
Bircə şeyi bilirdim ki, bu kişi də köçkün idi. Doğma
kəndi yağı əsarətində qalmışdı. Mənə yer eyləyən o idi
ki, torpağı, yurdu-yuvası itən kişi də başına özündən
yekə papaq tikdirib belə arsız-arsız forslanarmı? Nə
demək olar?
Görünür, qəribə işlər həmişə bizim başımıza
gəlməliymiş.
Atasının papağını itirən Azərbaycanın birinci katibi
Fəridə Ləman
38
olmalıymış.
Doğma yurdu əsirlikdə olan kişi başına başından
yekə təzə papaq qoyub gəzməliymiş.
...Vətən torpağı nə zamandı ki, xəstədi. “Daşbu -
laq”dan, “Batdaqlı bulaq”dan su gətirirlər ki, bəlkə içə,
yanğısı soyuya. Əlinə camı götürür (Fəridənin
rəhmətlik atası kimi!) və o saat tanıyır: bu filan bulağın
suyundandır, bu da filan... Məni niyə alda dır sınız?
“Batdaqlı bulağın” suyunu mənəmi tanıdır sı nız? - deyir.
Gözü yollara dikilib qalır.
“Batdaqlı bulağı”n suyundan istəyir o da!
***
...Düşdüyümüz faciənin sirrini hərdən araşdırmaq
istəyirik. Bizə elə gəlir ki, Allahın qarğışına keçmişik.
Yox, əsla!
Bizi gedən torpaqların qarğışı tutub! Bizi barmaqla
göstərib düşmənə verib qaçdığımız qəbiristanlıqların
qarğışı tutub!
Belə getməsin, belə getsə qəbirlər çəkəcək bizi,
qəbirlər çəkəcək bizi!?
Belə getməsin, belə getsə “Batdaqlı bulağın”
suyundan içə bilməyəcəyik.
Susuzluqdan yanıb yaxılacağıq!
Susuzluqdan yanıb yaxılacağıq!
Hörmətlə: Barat Vüsal
Qılınckəndi dastanı
39
Bu kitabı kişilər yazmalıydı...
Şair, jurnalist Fəridə Ləmanın publisistik bir kitabını
- “Torpağın yaddaşı” kitabını oxudum. Və acı
həqiqətləri oxuya-oxuya düşündüm ki, doğrudan da
torpağın yaddaşı itidir, ağırdır, haqsızlığı unudan deyil.
Müəllifin od tuta-tuta, yana-yana yazdığı ön sözdən son
sözə qədər mən də yana-yana oxudum. Babalarımın,
nənələrimin yurd yerləri gözüm önünə gəldi, uşaqlığımı,
köç yollarını, duman da, çəndə azdığım gədikləri
xatırladım. Xatır la ya-xa tır laya xatirəyə dönən bu
yerlər üçün bir də təəs süfləndim. Mənim ata nənəmin
qardaşı İsmayıl əfən dinin sevib, əzizlədiyi torpaqlar idi,
gedən tor paq lar. Kəmərli camaatının qeyrəti, mətinliyi
və Fəridə Ləmanın “Torpağın yaddaşı” kitabı məni
yerim dən yamanca tərpətdi. O ki tərpəndin dayanma,
dayanmaq süstlük, hərəkətsizlik gətirər…
Torpaq sığındığımız yerdir, hər şey gəldi gedərdi,
qalan isə torpaqdır, xalqdır, torpağını, xalqını acı
həqiqətlərdə, heç olmazsa bir kəlmə sözündə
yaşadanlardır. Fəridə Ləman bu savabı artıq qazanıb.
Mən çox əvvəllər torpaq haqqında belə demişdim:
Fəridə Ləman
40
Gəlin torpaq haqda danışmayaq çox,
Torpaq nə sənindir, nə də mənimdir.
Torpaq-sinəsində gəzənlərin yox,
Torpaq-ürəyində gəzdlirənindir.
Jurnalist Fəridə Ləman bu torpağı, torpağın dərdini
ürəyində gəzdirərək belə bir yaddaşnamə yazmışdır. Bu
kitabı əslində kişilər yazmalı idi, bu zəhmətə, bu
əziyyətə kişilər qatlaşmalıydı, amma Fəridə də
kişilərdən geri qalan deyil. Onun digər əsərləri və daha
dəqiq desək, 300-dən çox Qazax-Ağstafa şəhidlərindən
yazdığı “Qazax mahalının şəhidləri” kitabı da
dediklərimizi bir daha təsdiqləyir. Vətən qızı, bu Vətən
torpağının üstündə gəzməyə sənin tam haqqın çatır. Bu
haqqı halal zəhmətinlə, gecənlə, gündüzünlə sən özün
qazanmısan.
Davud Nəsib
08.03.1996
Qılınckəndi dastanı
41
Qılınckəndi dastanı
Azərbaycan və Ermənistan SSR arasında
Voskepar (Noyamberyan), (Bağanıs-Ayrım,
Aşağı Əskipara (Qazax rayonu) yaşayış məntəqələri
rayonunda sərhədlərin müəyyən edilməsi
zamanı mübadilə edilmiş sahələrin
razılaşdırılması barədə
PROTOKOL
Bu sənəd Paritet komissiyasının üzvləri Azərbaycan
SSR tərəfdən:
Azərbaycan Yerquruluşu Layihəsi İnstitunun di-
rektoru:
Salmanov. A. Q.
Ermənistan SSR-i tərəfdən:
Ermənistan SSR Yeristifadəsi və Yerquruluşu Baş
İdarəsinin rəisi:
Vartanyan R. B. və Azərbaycan Yerquruluşu La-
yihəsi İnstitunun mütəxəssisi; Cavadov Q. D. - parti-
yanın rəisi və Ermənistan Yerquruluşu Layihəsi
Fəridə Ləman
42
İnstitunun əməkdaşı; Xaçaturyan V. V. VİSXAQİ in-
stitutunda şöbə rəisinin müavini; Loqinova S. A. işti-
rakı ilə tərtib edildi, ondan ötrü ki, Bağanıs-Ayrım,
aşağı Əskipara yaşayış məntəqələrinin faktiki sərhəd-
lərinin dəyişilməsi nəticəsində mübadilə ediləcək sa-
hələrin həcmi müəyyən və təyin edilmişdir. Yaşayış
məntəqələrindən yuxarıya doğru uzanmış 14,30 ha, o
cümlədən 8,50 ha əkin, 5,80 ha digər torpaqlar tutul-
muşdur.
Aparılmış işlər nəticəsində Azərbaycan SSR Sabir
adına sovxozda 14,30 hektar (8,50 ha əkin, 4,80 ha
başqa torpaq sahəsi) Ermənistan SSRİ-nin sovxozla-
rına kompensasiya edilmişdir. -
1) “Voskepar” - 2,50 ha, o cümlədən 1,5 ha əkin, 1
ha başqa torpaqlar.
2) Bağanıs-Ayrım - 11,80 ha, o cümlədən 4,80
başqa torpaqlar
Protokol Qazax şəhərində 23.02.1985 ildə tərtib edilmişdir
Paritet komissiyasının üzvləri:
Azərbaycan SSRİ-dən Salmanov A.Q.
Ermənistan SSRİ-dən Vartanyan R. B.
“Azyerqurlay” institundan Cavadov Q. D.
“Ermyerqurlay” institundan Xaçaturyan V. V.
“VİSXAQİ”-dən Loqinov S. A.
Qılınckəndi dastanı
43
Azərbaycan KP Qazax Rayon Komitəsinə
Son illərdə rayonun Əskipara, Cəfərli, Kəmərli,
Qaymaqlı, Tatlı və sair kəndləri ilə həmsərhəd olan
Ermənistan SSR-nin İcevan və Noyamberyan rayon-
larının təsərrüfatları arasında torpaq mübahisələrinin
meydana gəlməsi səbəblərindən biri heç bir əsas ol-
madan, eyni zamanda rayonun partiya, sovet və tə-
sərrüfat rəhbərləri ilə razılaşdırılmadan tərtib edilmiş
və hər iki respublikanın Ali Sovetləri tərəfindən təsdiq
edilmiş 7 may 1969-cu il kartoqrafik sərhəd xəritəsi-
dir.
1983-cü ilin avqust ayınadək rayonun sərhəd tə-
sərrüfatlarına mə’lum olmayan və torpaqda göstəril-
məyən, ancaq xəritə üzərində işlənmiş sərhəd
uyğunsuzluqları ilə əlaqədar olaraq həmin sərhəd
kəndlərində yaşayan əhali rayon, respublika və ittifaq
təşkilatlarına çoxlu ərizə və şikayətlər yazırlar.
Dəfələrlə ətraflı izahat işləri aparılmasına baxma-
yaraq, onlar ulu babalarından hal-hazıra kimi qoru-
nub saxlanmış və indiyədək istifadə edilmiş doğma
Azərbaycan torpağının əsassız olaraq qonşu Erməni-
stan Respublikasının təsərrüfatlarına verilməsinə e’ti-
raz edərək, buna qətiyyən yol verməyəcəklərini
bildirirlər.
Fəridə Ləman
44
Cari ilin avqust ayında rayonun və respublikanın
mütəxəssisləri vasitəsilə yerlərdə aparılan yoxlama za-
manı müəyyən edilmişdir ki, 1969-cu ilin sərhədinə
əsasən Qazax rayonu ərazisindən 2105 hektar torpaq
sahəsi Ermənistan SSR-nin ərazisinə, 112, 3 hektar isə
Ermənistan SSR-dən bizim rayona keçməlidir. Ermə-
nistan SSR-yə keçən 2105 hektar torpaq sahəsinin
49,7 hektarı əkin, 76,9 hektarı örüş, 0,9 hektarı çoxil-
lik əkinlər, 20 hektarı biçənək, 1804, 2 hektarı meşə,
114 hektarı kolluq, 1,26 hektarı dinc, 1,45 hektarı 2
qəbiristanlıq, 9,6 hektarı fərdi və ictimai tikintilər al-
tında, qalan 27 hektarı isə sair torpaqlardır.
Bunlara Krupskaya adına sovxozun “Çılpaq dağ”
adlanan 256 hektar, Ağstafa Meşə İdarəsinin istifa-
dəsində olan 1675 hektar Kəmərli, 33 hektar Əski-
para, 16 hektar Qələmçə meşələrini göstərmək olar.
Halbuki, Krupskaya adına sovxozun “Çılpaq dağ”
adlanan 256 hektar torpaq sahəsi 1936-cı ildə yerqu-
ruluşu dəstə rəisi Şişkin və yerquruluşçusu Melik-
setyan tərəfindən tətbiq edilmiş Dövlət aktı ilə sabiq
Lenin adına kolxoza təhkim edilmişdir. Hal-hazırda
da həmin torpaq sahəsi Krupskaya adına sovxozun
istifadəsindədir.
Həmin torpaq sahəsinin xəritə üzərindəki adının
təhlili bir daha sübut edir ki, “Çılpaq dağ” uzaq və
Qılınckəndi dastanı
45
yaxın keçmişdə də Azərbaycan respublikasının inzi-
bati ərazisinə mənsub olmuşdur.
Dmitrov adına sovxozla həmsərhəd olan Kəmərli
meşə sahəsi tarixən Qazax rayonunun inzibati ərazi-
sinə daxil olmaqla istər keçmişdə, istərsə də son illərdə
Ağstafa Meşə Təsərrüfatının istifadəsində olmuşdur.
Zaqafqaziya Meşə Təsərüfatı Layihə İnstitutu tə-
rəfindən 1965-ci ildə Qazax rayonunun Kəmərli me-
şəçiliyində aparılmış meşə quruluşu sənədlərində də
1675 hektar sahə olan Kəmərli meşəçiliyi Ağstafa
Meşə Təsərrüfatına daxil olmuşdur.
Hələ 1891-1892-ci illərdə kiçik yer quruluşçusu
Lapkin tərəfindən tərtib edilmiş V 5.6.014 15 nömrəli
yer quruluşu planında Kəmərli meşəsi Yelizavetpol
quberniyasının Qazax qəzasındakı Kəmərli kəndinin
istifadəsində olduğu göstərilmişdir.
Kəmərli meşəsində Azərbaycan dilinə məxsus ad-
larla adlandırılmış “Xanımın bulağı”, “Batdaqlı bu-
lağı”, “Soyuq bulaq”, “Kömürxana bulağı” və sair
bulaqlardan Kəmərli kənd əhalisi içməli su ilə tə’min
olunmuş, hal-hazırda həmin bulaqlardan Kəmərli
kənd əhalisinin içməli su ilə tə’min olunması üçün su
kəməri çəkilmişdir.
Kəmərli və onunla qonşu olan Qaymaqlı, Əlibay-
ramlı kəndləri dəmyə şəraitində yerləşdiyindən yayın
Fəridə Ləman
Ardı var
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR