Tənqidçi yazıçıya mədhiyyə yazdı
Tənqidçi Əsəd Cahangir Elçin Hüseynbəyliyə mədhiyyə həsr edib. Bundan öncəsə o, Qulu Ağsəsə belə bir qəzəl yazıb.
Əziz Elçin, Yaradan kəndi sənə yar olsun,
İstəyənlər sevinib, istəməyən xar olsun.
Ulduz oldun yetər, ey şəmsi-nəsr, çevrəndə
Qoy cəmi kövkəbü səyyarəni pərgar olsun.
İlqar onsuz da star, el bilir, aləm də bilir,
Nolacaq, qoy Qulu Ağsəs də meqastar olsun.
Əhsənül-əhsən Anar, verdi belə mutlu qərar,
Həm verən hökmü, həm icra eləyən var olsun.
Fəsli-yazdı, ədəbiyyatda gül açsa, yox əcəb,
Olmasın şaxta, ayaz, səhni-çəmənzar olsun.
Çatıb ulduzlara hər nömrəsi bir ün salsın,
“Ədəbiyyat” da qələm əhlinə meyar olsun.
Ədəbiyyat yükünü çəkmək özü bir qəmdi,
Fəridü Adilü Sərvaz sənə qəmxar olsun.
Fəth elə hər sözün ilə yenə dünyaları sən,
Ey Cahangir, bu sözün aləmə qoy car olsun.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR