AYB-dən daha bir İSTEFA
"Məni qurultaya çağırmadılar"
Gənc şair Seyid Ramin Azərbaycan Yazıçılar Birliyindən istefa verib.
Bu barədə Kulis.az-a şairin özü məlumat verib.
O, istefasının səbəblərini belə izah edib: “Məni Gənclər Şurasına seçmədilər, qurultaya da çağırmadılar. Səbəbi isə mənə məlum deyil. Bəs görəsən niyə çağırmadılar? Axı biz gəncik. Biz daha çox qayğı istəyirik. Uman yerdən küsərlər. Yoxsa biz axtarılmağa layiq deyilik? Şükür Allaha, beş-altı babat şeir, məqalə yazmışıq. AYB-yə böyük ümidlərlə daxil olmuşduq. Bəs nə oldu? Üstəlik Çingiz Hüseynov kimi bir yazıçıya qarşı belə laqeyd münasibət oldu. Çox təəssüf. O boyda yazıçı yaddan çıxırsa, mənim unudulmağım çox normaldı. Ona görə kimdənsə incimirəm. Sadəcə buna etiraz olaraq artıq AYB üzvü olmaq istəmirəm və AYB-dən istefa verirəm. Qalan üzvlərə uğurlar arzulayıram”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR