NOVRUZ MƏMMƏDOV JURNALİSTLƏRİ TƏBRİK EDİB
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edib.
Qafqazpress.az xəbər verir ki, Baş nazir bu barədə sosial şəbəkələrdə paylaşım edib:
“144 yaşını qeyd edən milli mətbuatımızın ilk nümunəsi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən əsasını götürüb. O vaxtdan keşməkeşli yol keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Müasir Azərbaycan mətbuatı isə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərinə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır.
Azərbaycan mətbuatının mili mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti vardır. Bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində daim uğurlar arzulayıram”, – təbrikdə qeyd edilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR