Krımdakı gərginlik Ukraynada təhsil alan azərbaycanlı tələbələrin həyatına təhlükə yaratmağa başlayıb.
Krımdakı gərginlik Ukraynada təhsil alan azərbaycanlı tələbələrin həyatına təhlükə yaratmağa başlayıb. Azərbaycan Respublikasının Təhsil və Xarici İşlər Nazirlikləri Ukraynanın işğal edilmiş Krım Muxtar Respublikasındakı ali məktəblərində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının çıxarılması prosesinə başlamalıdır. Həmçinin Ukraynanın cənubi-şərq bölgələrində gərginliyin səngiməməsi ali məktəblərdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycandakı ali təhsil məktəblərinə keçirilməsi mexanizmini hazırlanmalıdır. Bu barədə Azərbaycan mətbuatına Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri (UQTMŞ) Daşqın Gülməmmədov bildirib. O, deyib ki, hazırda Odessa, Nikolayev, Xarkov, Doneçk və Luqanskdakı universitet və digər ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr ictimai-siyasi vəziyyətin gərgin olması ilə əlaqədar narahatlıq içərisindədirlər. Krım Muxtar Respublikasındakı Azərbaycan vətəndaşları olan tələbələr isə elə bu həftə ərzində gecikdirilmədən çıxarılmalıdırlar. Onlar birbaşa provakasiya və təhdidlə üz-üzə qala bilərlər. Belə ki, artıq Ukrayna Daxili İşlər Nazirliyi Azərbacan Respublikası vətəndaşlarına qarşı hüquqpozmaların və təhdidlərin olması barədə onlarla fakt fiksasiya edib. Rusiya xüsusi xidmət orqanları və rusiyameyilli ekstremist qrupların nümayəndədləri Ukraynada guya milli azlıqlara və xarici vətəndaşlara qarşı ksenefobiyanın olduğunu imitasiya etmək üçün açıq fəaliyyətə keçiblər. Yaxın zamanlarda 2 azərbaycanlı tələbənin "Praviy Sektor" üzvləri tərəfindən Kiyevdə döyülməsi və qarət edilməsi faktı əslində bir provakasiya idi. Digər tərəfdən Ukraynada təhsil alan Azərbaycanlı tələbələrin ailələri ciddi narahatlıq və psixoloji gərginlik içərisindədirlər. Artıq 20 nəfərdən çox Azərbaycan vətəndaşı olan tələbə təhsillərinin Azərbaycan Respublikasında davam etdirilməsi üçün, öz ölkələrinə göndərilmələri üçün Ukrayna Təhsil və Elm Nazirliyinə rəsmi müraciət ünvanlayıblar. Digər tərəfdən, Nigeriya, İordaniya, İraq, Pakistan və Anzaniya Xarici İşlər Nazirlikləri Ukraynada təhsil alan vətəndaşlarını ölkə ərazisindən çıxarmaqdadırlar. Mən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə bu məsələ ilə bağlı sabah rəsmi müraciət göndərəcəm. Vəziyyət gərginləşə bilər. Vaxt itirməyə isə heç kimin haqqı yoxdur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR