» » Bu gün Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı keçirilib

Bu gün Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı keçirilib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 aprel 2014
//
Bölmə: Gündəm
Bu gün Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı keçirilib
Bu gün Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı keçirilib
Bu gün Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı keçirilib




Daşqın Gülməmmədov yenidən UQTMŞ Sədri seçildi.

Bu gün Vinniça şəhərində Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) 2-ci Qurultayı keçirilib. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İctimai əlaqələr üzrə katibi Yuliya Mamay bilgi verib.
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayinda Ukraynanın Kiev və Ujqorod şəhərlərindən, Doneçk, Xarkov, Luqansk, Odessa və Nikolayev vilayətlərindən olmaqla, 37 nəfər Qurultay nümayəndəsi iştirak edib. Qurultayda Ukraynadakı kəskin ictimai-siyasi vəziyyət, Krım Muxtar Respublikasının işğal edilməsi, Rusiya xüsusi xidmət orqanlarının Cənubi-şərqi Ukraynada destablizasiyaya yönəlmiş təxribatları, Krım tatar xalqının gələcək taleyi və ölkədəki iqtisadi durum müzakirə edilib.
Qurltayda çıxış edənlər bildiriblər ki, nə olursa olsun, Krım böhranı və Ukrayna-Rusiya qarşıdurması mütləq şəkildə diplomatik yolla həll edilməlidir. biz müharibəyə qarşıyıq. Ancaq Rusiya genişmiqyaslı hərbi aqressiyaya yol versə müdafiə olunmaq bizim hüququmuzdur.
Çıxış edən UQTMŞ Rəyasət Heyəti üzvü Cəlaləddin Yadigar qeyd edib ki, Ukraynanın cənubi-şərq bölgələrindəki destablizasiya rəsmi Moskvanın dəstəyi ilə həyata keçirilir. Rusiya, imperiyanın dağılması ilə barışa bilmir. 20 ildir yatırdılar indi ayılıblar. Amma artıq çox gecdir.
Qurultayda hesabat çıxışı edən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov 2012-ci ildən bu yana Milli Şuranın faliyyəti ilə bağlı geniş məlumat verib. O, Ukraynadakı siyasi durumla bağlı məsələlərə münasibət bildirərkən vurğulayıb ki, Ukraynada yaşayan Qarapapaq türkləri hər zaman dövlətin milli suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırdırlar. Biz müharibə istəmirik amma, məcbur etsələr silahla dost olacağıq Rusiya ilə yox. Bizim əcdadlarımız "Çerniy klobuklar" (Qarapapaqlar) 9-13 əsrlər ərzində Kiyev Rus dövlətini dəfələrlə müdafiə ediblər. Bu indi də bizim borcumuzdur. Rusiyanın aqressiyası Ukrayna ilə bitməyəcək. O sonradan Azərbaycana, Gürcüstana və Qazaxstana yönələcək. Gün kimi aydındır ki, Putinin yeni imperiyası Azərbaycan və Qazaxstan nefti olmadan yarana bilməz. Bir də ki, "Rusiya şəri" Ukrayna xeyrinə qalib gələ bilməz. Bir gün "Rusiya şəri" Ukrayna xeyiri qarşısında diz çökməli olacaq. Biz Krımı da qaytaracağıq və Ukraynanı da inkişaf etmiş dövlətə çevirəcəyik.
UQTMŞ Beynəlxalq əlaqələr üzrə katibi, Qurultayın sədri Alyona Kazımova çıxışında bildirib ki, Rusiyanın informasiya müharibəsi çoxdan planlaşdırılıb və dayanmayacaq. Digər tərəfdən isə tarixdən bizə çox şey aydındır. 1945-ci ildə Sovet ordusu Şərqi Almaniyanı işğal etdi. Ancaq bu işğal 1989-cu ildə bitdi. Krım Ukraynanın ərazisidir və onun da olacaq.
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı gizli səsvermə zamanı Daşqın Gülməmmədovu yenidən UQTMŞ Sədri postuna seçib. Həmçinin UQTMŞ Rəyasət Heyətinin tərkibi təsdiq edilib. UQTMŞ Rəyasət Heyətinin tərkibinə, Alyona Kazımova, İlkin Əliyev, Natalya Kvyat, Daşqın Gülməmmədov və Hacı Hacıyev seçiliblər. Qurultay Ukrayna dövlət himninin oxunması ilə başa çatıb.




QafqazPRESS.az
banner125x125 banner125x125