MƏN GƏLDİYİM YERDƏN UTANMIRAM......GEDƏCƏYİM YERİ DƏ BİLİRƏM.
Bir fikrimi Sizinlə bölüşmək istəyirəm.Mən Cox gənc bir Xanımın namusu üstündə təqiblərə məruz qalmışam və hal hazırda da qalıram.Bu Mənim dayım qızı olsa da.....olmasa da ....eyni hərəkəti edərdim.Mənə müraciət edən namusu tapdalanmış...əzablara məruz qalan...Ana olmaq istəyən...arzusu yarımcıq qalan.....hətta cehizi acılmamış...və rayonda yaşayan və niyə ayrlmasının səbəbini hec kimə izah edə bilməyən...evdən cölə cıxa bilməyən ..qınaq nöqtəsinə cevrilən dayım qızı Ayselin yanında olduğum kimi....bu əzabları cəkirəm.Qəzetlərdə və saytlarda haqqımda yazılan yazılara hec əhəmiyyət vermirəm.Cünki mən bilirəm ki hakimlərin hakimi Allahdır.Və hər şeyi görür.
Mən Allahın mənə verdiyi bütün nə varsa İnsanlarla bölüşmüşəm.Hal hazırda acdığım klinikada onlarla insan cörək yeyir.Bunların coxu ailə başcısıni itirmiş Xanımlardır...mənim ana və bacılarımdır...Onların alıqışı mənə bəsdir.Oxutdurduğum Şəhid balaları...müalicə etdirdiyim Şəhid ailələri..kömək etdiyim yetim uşaqlardan hec vaxt danışmadım.Cünki bilinməsini istəmədim.Onlar mənim millətimin Anaları və bacılarıdır.Mən millətimə və dövlətimə əqidəmi dəyişmədən xidmət etmişəm və hal hazırda da edirəm.Və Dövlət başcısına da Minnətdarlığımı bildirirəm.
Mənim haqqımda yazılan hec bir yazı məni İnsanlığımdan döndərə bilməz....Mən belə doğulmuşam...belə də öləcəyəm.Kasıbcılıq da görmüşəm...ac da qalməşam....amma hər zaman gülərüz və Allahımla olmuşam.Qazandığım nə varsa öz zəhmətimlə olub.Yəqin ki Allahın sevimli bəndəsiyəm ki məni cox kasıbcılıqla böyüdən ailəmə yaxşı həyat yaşatmaq ücün mənə şans verdi.Artıq 50 yaşım olur.Mənə pislik edənlərə bir sözüm var...
Mən Allahın bəndəsiyəm və quluyam.İki övladım var.Ən yüksək səviyyədə təhsil almalarını istiyirəm.Qardaşımın və qohumlarımın da balalrını oxutmaq mənim borcumdur.Oxumaq həvəsi məni Bakıya gətirdi.Cox cətinliklər gördüm.Ancaq təhsilimi davam etdirdim..yazılar yazdım və Psixalogiya Üzrə Fələfə Doktoru və Dosent oldum.Məndən yazanlar isə var Dövlət icində ancaq və ancaq iki məqalə yaza bilirlər...Bunun adı PAXILLIQDIR......başqa nə deyim.
Nə əqidəmdən...nə də illərimi verdiyim Psixalogiya elmindən kecəsi deyiləm.Mən buyam ....İLHAM MİRZƏYEV......Kasıbın....dul qadının...və yetimin yanında olan....Siz də belə olun...Onda mən Sizi ancaq alqışlaya bilərəm...ey mənim düzümü qoyub....əyrimi yazanlar....
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR