Tələdi, bilirəm, bu qəfil görüş
Qırx ildir çatırsan, dolu gedirəm,
Fələk, insaf eylə, boş gəlim bir az.
Daha mənə yüksən axsaq xəyaltək,
Düş, özüm özümə xoş gəlim bir az.
Tələdi, bilirəm, bu qəfil görüş,
Bir yandan gün düşür, gecədi, Tanrı.
O qız ayrı yolun yolçusu çıxdı,
Mən hardan bilim ki, necədi, Tanrı?
Ta, baş qaşımağa qorxur külək də,
Bir-iki çörək qoy tabağa, çəkim...…
Allah, gözlərimə bir ruh daraşıb,
İzn ver, kölgəmi qabağa çəkim.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR