Azərbaycanlının türk qızla internetdə başlayan sevgisi həbsxanada bitdi
Türkiyədə 14 yaşlı qıza təcavüz etməkdə ittiham edilən azərbaycanlı həbs edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı gənclə türk qızın münasibətləri internetdə başlayıb.
Hadisə Adanada, Çukurova rayonun Toros Məhəlləsində baş verib. İddiaya görə,mühasib işləyən Naxçıvan sakini Əhməd G. adlı 26 yaşlı gənc Adanada yaşayan 14 yaşlı 8-ci sinif şagirdi N.S.D. ilə bir il öncə internetdə tanış olub. Əvvəlcə dost kimi başlayan yazışmalar sonradan sevgi münasibətinə çevrilib.
Əhməd Adanaya gələrək qızla görüşüb. O, yeniyetmə ilə ailə qurmaq istəsə də, qızın anası Sevil D. övladının yaşı az olduğu üçün buna etiraz edib. Ailənin narazılığına baxmayaraq cütülük münasibətlərini davam etdirib.
Onlar iyul ayının 27-də növbəti dəfə görüşüblər. Qız evdən Didem rayonunda yaşayan xalasının yanına getmə bahanəsi ilə çıxa bilib.
Görüş zamanı iddiaya görə, qız azərbaycanlı gəncə əgər cinsi münasibətləri olarsa ailəsinin onların evlənməyinə icazə verəcəyini deyib. Təklifi qəbul edən Əhməd. G bölgədəki otellərdən birində 14 yaşlı qızla bir neçə dəfə intim münasibətdə olub.
N.S.D başına gələnləri xalasına, o isə bacısına danışıb. Qızın anası Sevil D. qızının dərhal geri dönməsini tələb edib. 14 yaşlı qız sevgilisi ilə birlikdə yenidən Adanaya qayıdıb. Bundan sonra qızın ailə üzvləri polisə müraciət ediblər.
26 yaşlı azərbaycanlı Əhməd G.
Adana polisi tərəfindən keçirilən əməliyyat zamanı Əhməd G. qaldığı oteldə saxlanılıb. O, orta məktəb şagirdinin özünü ona 18 yaşlı qız kimi tanıtdığını, zorlama olmadığını, evlənmək niyyətində olduğunu deyib.
N.S.D. də azərbaycanlı gənci sevdiyini və ailə qurmaq üçün birlikdə olduqlarını deyib.
Lakin həddi buluğa çatmayan qızla intim münasibətdə oluğu üçün Əhməd G. yə qarşı cinayət işi açılıb. "Uşağa cins istismar" ittihamı ilə həbs edirərək həbsxanaya göndərilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR