» » Orduda qanlı olay - Tabor komandiri öldürüldü

Orduda qanlı olay - Tabor komandiri öldürüldü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 15 may 2014
//
Bölmə: Sosial
Orduda qanlı olay - Tabor komandiri öldürüldü


Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qətl hadisəsi qeydə alınıb.

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.

Xəbəri APA yayıb və Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.




QafqazPRESS.az
banner125x125 banner125x125